Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xocavənd, 16 oktyabr, AZƏRTAC
Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının final turu başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərişıq” ASC tərəfindən təşkil olunan yarışların final turunda 11 komanda iştirak edir.
Regional yarışların qalibi olmuş 11 komanda bu mərhələdə bilik, çeviklik, əsl peşəkarlıq nümayiş etdirəcək. Energetiklər intellektual yarış, praktiki tapşırıqlar və innovasiya müsabiqəsi mərhələləri üzrə mübarizə aparacaqlar. Ümumrespulika Yarışının qalibi Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində müəyyənləşəcək.
Tədbirin əsas məqsədi energetika sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsini təşviq etmək, peşəkar həmrəyliyi gücləndirmək və ustalıq səviyyəsini artırmaqdır.
Müxbir - Aydın Yavərzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















