Hakan Fidan ABŞ də Ukrayna, Fələstin, İran və Suriya məsələlərini müzakirə etdi
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla bir sıra regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.
"Fələstin məsələsi üzrə atəşkəslə bağlı hələ də vacib və həllini tapmamış məsələlər mövcuddur. Bu istiqamətdə ABŞ ilə birgə hansı addımların atıla biləcəyini dəyərləndirdik. Uitkoff həmçinin Rusiya-Ukrayna mövzusuna nəzarət edir və bu məsələ ilə bağlı da əhatəli fikir mübadiləsi apardıq. Müharibənin dayandırılması üçün görülə biləcək tədbirləri və bu prosesdə Türkiyənin rolunu müzakirə etdik", - o qeyd edib.
Hakan Fidan əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələlərə dair aydın baxışları var və görüş zamanı Türkiyənin mövqeyi və gələcək addımları qarşı tərəfə təqdim olunub.
Nazir, həmçinin İranın nüvə proqramı ilə bağlı ABŞ-nin mövqeyinin və bu istiqamətdə atıla biləcək növbəti addımların da müzakirə edildiyini bildirib: "Bu məsələ bütövlükdə regionun sabitliyi baxımından böyük əhəmiyyət daşıyır".
Suriya məsələsinə toxunan Hakan Fidan qeyd edib ki, Trampın Suriya ilə bağlı yanaşması konstruktiv və müsbət qiymətləndirilir:
"Əsas diqqət "Sezar qanunu" çərçivəsində Suriyaya tətbiq olunan sanksiyaların tamamilə ləğvinə yönəlib. Bəzi məhdudiyyətlər prezident fərmanları ilə aradan qaldırılıb, lakin qanunun Konqres tərəfindən tam ləğvi vacibdir. ABŞ administrasiyasının bu istiqamətdə razılıq göstərməsi və Konqresə müvafiq tövsiyə verməsi mühüm addımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 11 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















