İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə simpozium keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 26 dekabr, Günel Karatepe, AZƏRTAC
İstanbulda "Dünya Azərbaycanlılarının Həmrəylik Günü: Türkiyə-Azərbaycan geostrategiyası" mövzusunda simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Karabakh is Azerbaijan” Milli Platformasının (KİAMP) Türkiyə Respublikası Baş Koordinatorluğu tərəfindən Beykoz Universitetinin dəstəyi ilə baş tutub.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan simpoziumda çıxış edən KİAMP-in Türkiyə üzrə baş koordinatoru Elvin Abdurahmanlı, Beykoz Universitetinin rektoru Burak Küntay və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov "Bir millət, iki dövlət” kəlamının yalnız bir şüar deyil, strateji tale birliyi kimi qiymətləndiriblər.
Natiqlər qeyd ediblər ki, ölkələrimiz arasındakı birlik Qarabağ Zəfəri ilə formalaşan geostrateji zəminə söykənərək bölgədə sülhün və Türk dünyasının gələcəyinin ən böyük təminatına çevrilib. Bu münasibətlərinin elmi və akademik platformalarda dərinləşməsi hər iki ölkənin ortaq gələcəyinə işıq tutacaq addımlardandır.
Tədbir panel iclaslarla davam etdirilib.
Panellərdən sonra türkdilli ölkələrdən və Pakistandan gələn tələbələr simpoziumun ana mövzusu olan "Türkiyə-Azərbaycan geostrateqiyası" çərçivəsində hazırladıqları məruzələrini təqdim edib, mövzuya baxışlarını iştirakçılarla bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 26 Dekabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















