Hakan Fidan: Türkiyənin Avropa İttifaqına qatılması prosesində qətiyyətli addım gözləyirik
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Estoniya xarici işlər naziri Margus Tsahkna ilə Türkiyənin Avropa İttifaqına qatılma prosesini müzakirə edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Hakan Fidan Türkiyənin Aİ-yə üzvlük prosesində göstərilən köməyə görə Estoniyaya təşəkkür edib.
Nazir Avropa İttifaqının daha qətiyyətli addım atmasının zəruri olduğunu vurğulayıb:
“Tez-tez vurğuladığımız bir məqam var: Zamanın ruhu, Türkiyə–Avropa İttifaqı münasibətlərinə uzunmüddətli maraqlarımız baxımından yanaşmağı zəruri edir. Cənab Prezident bu mövzuda iradəmizi açıq şəkildə ortaya qoyub. Eyni qətiyyəti Avropa İttifaqı tərəfi də nümayiş etdirərsə, Türkiyənin namizədlik prosesində yaşanan tıxanmaların aradan qaldırıla biləcəyinə inanırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 31 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















