Ərdoğan: “Avropa İttifaqına qoşulmaq Türkiyənin strateji hədəfidir” KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqına daxil olmaq perspektivi onun ölkəsi üçün strateji hədəf olaraq qalır.
KONKRET.az TRT Haberə istinadən xəbər verir ki, Türkiyə prezidenti bunu Ankarada olan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib: “Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Aydındır ki, bizim Aİ-yə daxil olmağımız həm birlik, həm də ölkəmiz üçün mühüm töhfə olacaq. Son hadisələr Türkiyənin əsas dövlət kimi mövqeyini daha da gücləndirdi. Hazırkı danışıqlarımızın əsas gündəmi Türkiyə ilə Aİ arasında münasibətlərin canlandırılması üçün atılacaq ümumi addımlar olub. Biz Aİ-nin Türkiyənin üzvlük perspektivlərini gücləndirəcək yeni baxış təqdim etməsini gözləyirik”, – deyə Ərdoğan bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















