Hakan Fidan: Xarici siyasətimizin əsas sütunu regionumuzda sabitliyin yaradılmasıdır
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Hazırda xarici siyasətimizin əsas sütunu regionumuzda sabitliyin yaradılmasıdır”.
APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qəbələdə Azərbaycan mediasına açıqlamasında deyib.
Hakan Fidan bildirib ki, sabitliyin yaradılması üçün də bir neçə şərt var: “Birincisi, müharibələri və münaqişələri mümkün olduğu qədər sakitləşdirmək və ya bitirməkdir. İkincisi, iqtisadi əməkdaşlığı bərabər şəkildə inkişaf etdirməkdir ki, hər kəs firavanlıqdan faydalanmasını təmin etmək mümkün olsun. Üçüncüsü, münasibətləri və regional strukturları institusionallaşdırmaqdır. Onları daha davamlı etmək üçün biz regionumuzda bu perspektivlə işləyirik. Siz bunu türk dünyası ilə əlaqələrimizdə, türk dünyası ilə regional işimizdə də daim görürsünüz. Yaxın Şərqə, Cənubi Qafqaza, Balkanlara, Aralıq dənizinə, Qara dənizə baxın. Prezidentimizin ortaya qoyduğu xarici siyasət də, Türkiyənin göstərdiyi səylər də bu istiqamətdədir. Ona görə də Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən bölgəyə sabitlik gətirmək üçün istifadə edirik. Təəssüflər olsun ki, əvvəlki dövrlərdə dünyamızda münasibətlərin təməl əsası ya rəqabət, ya tabeçilik, ya da hökmranlıq idi. İndi biz bundan kənara çıxdıq və daha humanist, daha əxlaqi, eyni zamanda hamı üçün faydalı olan xarici siyasət yürüdürük və bununla da yolumuza davam edirik”.
Baxış sayı:69
Bu xəbər 06 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















