Icma.az
close
up
RU
Hakan Fidandan SƏRT SÖZLƏR: “PKK Suriyadan ya könüllü çıxacaq, ya da…” KONKRET

Hakan Fidandan SƏRT SÖZLƏR: “PKK Suriyadan ya könüllü çıxacaq, ya da…” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Qətərin paytaxtı Dohada Qətər Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşüb. Görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında Hakan Fidan mühüm açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Fidan çıxışında PKK-nın silahı buraxmalı olduğunu və bölgədə normallaşmanın qarşısında maneə olmamalı olduğunu vurğulayıb:

“Suriya necə DEAŞ-dan təmizləndisə, PKK da sistemdən çıxarılacaq. Ya öz xoşu ilə, barış və sülh içində bölgədən çəkiləcək, ya da başqa cür çıxacaq,” – deyə o bildirib.

“Ədalətli və davamlı həllin əsası iki dövlətli həll modelidir”

Hakan Fidan Türkiyə ilə Qətər arasındakı münasibətlərin bölgənin sabitliyinə töhfə verdiyini qeyd edərək bildirib:

“İkili ticarət həcmi günbəgün artır. Qlobal və regional məsələlərdə sıx məsləhətləşmələri davam etdiririk. Gündəmimizin əsas maddəsi yenə Qəzza oldu. İki aydır Qəzzaya humanitar yardım getmir. Filistin tərəfi hərtərəfli atəşkəsə hazır olduğunu bildirib. Bu mərhələdə İsrailin barışa məcbur edilməsi şərtdir. Biz dəstəyimizi davam etdirəcəyik.”

Fidan həmçinin vurğulayıb ki, bölgədə davamlı sülhün təmin olunması üçün iki dövlətli həll vacibdir və bu istiqamətdə səylərini davam etdirəcəklər.

“Qətərlə sıx dialoqu davam etdirəcəyik”

Nazir görüşlərdə Suriya məsələsinin də müzakirə edildiyini deyib:

“Suriya xalqının acılarını azaltmaq üçün birlikdə çalışırıq. Suriya ilə bağlı Türkiyə və Qətər sanksiyaların ləğvi üçün cəhdlər edir. Suriya torpaq bütövlüyünə dəstəyimizi bir daha təkrarladıq.”

Fidan bildirib ki, Suriyanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hər hansı təşəbbüsü qəbul etmirlər və Suriya Anayasının bütün inanc qruplarına bərabər şərait yaratmasını istədiklərini vurğulayıb.

“İsrailə təzyiq vacibdir”

Hakan Fidan İsrail-Filistin məsələsinə də toxunaraq qeyd edib:

“İki dövlətli həllə əsaslanan bir razılaşma masada olarsa, Həmasın bunu daha asan qəbul edəcəyi gözlənilir. ABŞ və digər aktorların səyləri vacibdir. İsrailə təzyiq edilməlidir ki, bölgədə qalıcı sülh üçün şərait yaransın.”

Natiq Səlim
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri