Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin, 5 sentyabr, AZƏRTAC
“Rhysida” adlı haker qrupu Berlin əyalət administrasiyasına qarşı həyata keçirdiyi kiberhücumdan sonra şəhər rəhbərliyini təhdid edərək tələb etdiyi təxminən 2 milyon avro məbləğində pulu ala bilmədiyi üçün oğurladığı məlumatları internetdə yayıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, cinayətkar qrupun təxminən 5,8 terabayt həcmində məlumatı “Darknet”də paylaşdığı və 1,4 milyondan çox faylın ictimaiyyət üçün əlçatan olduğu bildirilir.
Hakerlər 30 bitkoin - təxminən 2 milyon avro tələb edib və tələbin yerinə yetirilməsi üçün vaxt müəyyənləşdiriblər. Berlin Senatı isə bu cür şantaja prinsip etibarilə boyun əyməyəcəyini açıqlayıb. Ultimatum sentyabrın 4-də saat 15:35-də başa çatdıqdan qısa müddət sonra məlumat bazası yayımlanıb.
Məlumatlar arasında təxminən 80 min inzibati xəta işi, 46,5 mindən çox müqavilə, kritik infrastruktur obyektləri barədə məlumatlar, məhkəmə sənədləri, fövqəladə hallar planları, parollar və 6 minə yaxın giriş məlumatının olduğu bildirilir.
Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi hücumun maliyyə məqsədli kibercinayətkarlar tərəfindən həyata keçirildiyini, dövlət və ya siyasi motivli qruplarla əlaqənin müəyyən edilmədiyini açıqlayıb. Mütəxəssislər Berlin Senatının fidyə ödəməmək qərarını dəstəkləyərək bildiriblər ki, cinayətkar qruplara maliyyə ödəmək belə hücumların davam etməsinə şərait yarada bilər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 05 Sentyabr 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















