Hakim Gürcü Arzusu Demokratik Gürcüstan Partiyasının növbədənkənar qurultayı keçiriləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 28 aprel, AZƏRTAC
Mayın 3-də hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının növbədənkənar qurultayı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski məlumat verib. Onun sözlərinə görə, qurultayda təşkilati məsələlərə baxılacaq, partiyanın yeni sədri seçiləcək.
Bundan başqa, qurultayda oktyabrın 5-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq barədə də məsələ müzakirə olunacaq.
G. Volski partiya sədrliyinə namizədlə bağlı partiyada yekdil fikrin olduğunu söyləsə də yeni sədrin adını açıqlamayıb. .
Qeyd edək ki, “Gürcü Arzusu”nın sonuncu qurultayı 2024-cü ilin fevralında keçirilmişdi və həmin qurultayda sabiq baş nazir İrakli Qaribaşvili sədr seçilmişdi.
Cari il aprelin 25-də İ. Qaribaşvili vəzifəsinsən istefa verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















