Icma.az
close
up
RU
Hakim həbsdəki jurnalistə görə Penitensiar Xidmətə müraciət edəcək

Hakim həbsdəki jurnalistə görə Penitensiar Xidmətə müraciət edəcək

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Toplum TV” işi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan jurnalist Fərid İsmayılov məhkəməyə qatılmaq istəmir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə jurnalistin özü məhkəmədə deyib.

Sağlamlığında ciddi problemlər olduğunu, altı dəfə cərrahiyyə əməliyyatı keçirdiyini deyən jurnalistin sözlərinə görə, 40 dərəcəni aşan istidə hər dəfə məhkəməyə gətirilib-aparılması durumunu daha da ağırlaşdırır.

O, özünün ifadə verəcəyi məhkəmə iclasından başqa, qalan iclasların onun iştirakı olmadan keçirilməsi barədə vəsatət qaldırıb. Saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada prosesə qatılmasına şərait yaradılmasını da mümkün variant sayıb. Jurnalist məhkəmədən ədalətli hökm gözləntisinin olmadığını, bu səbəbdən, prosesə qatılmağı vacib saymadığını da vurğulayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində “ToplumTV işi” üzrə məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, təqsirləndirilən şəxsin məhkəmə prosesində iştirakı məcburidir.

O, F.İsmayılovun sağlamlığındakı problemləri nəzərə alaraq, onun daha yaxşı şəraitli nəqliyyat vasitəsiylə məhkəməyə aparılıb-gətirilməsindən ötrü Penitensiar Xidmətə müraciət olunacağını söyləyib.

Jurnalistin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, F.İsmayılov yeddi aydır, həbsdə iynə-dərmanla yaşayır:

“Fəridin bədənində əməliyyat yerlərinin çapıqlarından yer yoxdur. Hər gün ona iynə, sistemlər vurulur. Adamın nə qədər xəstəliyi olar?! Deyib-gülməyinə, nikbinliyinə baxmayın, vəziyyəti yaxşı deyil”.

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri