Icma.az
close
up
RU
Hakim kart göstərir...

Hakim kart göstərir...

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Etibar CƏBRAYILOĞLU
Əsl futbol belə olur yəqin. Bir tərəfdə ingilislərin “Mançester Siti”si, digər tərəfdə ispanların “Real”ı. Birinin heyətində Haaland, digərində Mbappe. İngilislərin arxasında Qvardiola, ispanların arxasında isə Ançelotti dağ kimi durub.

Stadionda iynə atmağa boş yer nə gəzir? Meydançada 90 dəqiqə sürət, texnika, gərginlik... Yəqin hamı canlı izləyib deyə ətraflı şərhə ehtiyac görmürəm. Mən gecə həmin oyunda həm də hakimin hərəkətlərinə yaxşı mənada təəccübləndim. Belə dinamik, prinsipial matçda nə yersiz fit, nə yeri gəldi-gəlmədi vərəqə, nə VAR-la uzun-uzadı söhbət...
Bizdə də futbol var, hakimlər də. Tutaq ki, “Şamaxı” ilə “Kəpəz” qarşılaşır. Hakim formasını geyinən adam 90 dəqiqə yeri gəldi-gəlmədi o qədər tez-tez fit çalıb oyunu dayandırır ki, futbol bir idman növü kimi adamın gözündən düşür. Bomboş stadionda çalınan fit insanın əsəblərinə işləyir.
Hələ mən az qala hər toxunuşa, hakimə tərəf sərt baxışa görə göstərilən vərəqələri demirəm. Bəzən adama elə gəlir ki, AFFA-nın oyunlara göndərdiyi ədalət təmsilçiləri futbolçuların boy-buxununa, soyadının qəribəliyinə, hətta ailə vəziyyətinə görə də kart göstərir. Tutaq ki, “Neftçi” Bakının o biri başında “Zirə” ilə qarşılaşır. Hakim fitlə “Uzundərə” rəqsini çalıb “Neftçi”nin oyunçusunu yanına çağırır:
- Soyadın nədir sənin?
- Səlyanski
- Belə soyad olar? Al sənə bir sarı vərəqə.
Oyunun gedişində “Zirə”nin futbolçusu top uğrunda mübarizədə rəqiblə toqquşur. Hakim uzun-uzadı fit çalıb “Zirə”lini yanına çağırır:
- Özünü yığışdır, gözümə birtəhər dəyirsən. Evlisən, yoxsa subay?
- Nişanlıyam. Millinin oyunlarına görə çempionatda fasilə yarananda toyum olacaq.
- Al sənə sarı vərəqə. Toyu gecikdirdiyin üçün.
Bizim milli futbol çempionatını izləyəndə adama elə gəlir ki, bəzən hakimlər oyuna çıxanda ciblərini karla doldururlar, qarşılaşmanın gedişində təkcə sarı və qırmızı vərəqə yox, bank kartı, qaz kartı, sığorta kartı da göstərə bilirlər.
O gün sünnət toyuna getmişdim deyə oyuna baxa bilmədim. Amma deyilənə görə “Qarabağ”la “Sabah”ın matçında baş hakim futbolçuya Bakıkart da göstərib. Amma dəqiq bilmirəm hansı klubun oyunçusuna və hansı hərəkətinə görə...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri