Icma.az
close
up
RU
Hakim köməkçisi də, kargüzar da eyni sualı cavablandırır Ekspert

Hakim köməkçisi də, kargüzar da eyni sualı cavablandırır Ekspert

Icma.az, Metbuat saytına istinadən bildirir.

Dövlət qulluğuna hazırlıq və işlə təmin olunma prosesi müvafiq qanunvericiliyə uyğun olaraq müəyyən mərhələlərdən ibarət olur. Bu proses dövlət orqanlarında müxtəlif vəzifələrə təyinat üçün namizədlərin seçilməsi və yerləşdirilməsi üçün tələbləri müəyyən edir. Bəs dövlət qulluqçularının işlə təmin olunma prosesi necə həyata keçirilir?

Təhsil ekperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət qulluğu imtahanları hər ay keçirilir. İmtahanın minimum qiyməti 82 manatdır. Dövlət qulluğu imtahanından uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunur:

"Müsahibə mərhələsi ümumilikdə ildə təxminən 3-4 dəfə keçirilir. Namizəd hər dəfə maksimum 3 orqanda və ya bir orqan daxilində 3 fərqli vəzifə üzrə seçim edə bilər. Müsahibə zamanı namizədin test imtahanında cavablandırdığı qanunvericilik sualları, dünyagörüşü, vakansiyaya uyğun sahə bilikləri və digər bacarıqları yoxlanılır. Əgər vakansiya üzrə xarici dil biliyi və ya müəyyən proqram bilikləri tələb olunursa, bu istiqamətdə də suallar verilir. Müsahibə nəticəsində uğur qazanan namizədlər arasında ən yüksək bal toplayan şəxs 6 aylıq sınaq müddəti ilə işə qəbul olunur. Sınaq müddətini uğurla başa vurduqdan sonra onunla 3 aylıq staj müqaviləsi bağlanır. Staj dövrünü də müvəffəqiyyətlə tamamlayan namizədə dövlət qulluqçusu statusu və qəbul olduğu təsnifat üzrə dövlət qulluğu dərəcəsi verilir".

R.Fikrətoğlu dövlət qulluğuna qəbulun hazırkı sistemini tam təqdirəlayiq hesab etmədiyini deyib:

"Çünki test imtahanı əsasən əzbərçiliyə və söz oyunlarına söykənir. Xüsusilə qanunvericilik suallarında bir sözün dəyişdirilməsi belə cavabın səhv hesab olunmasına gətirib çıxarır. Bundan əlavə, bütün namizədlərə standart məntiq və informatika sualları təqdim edilir, yəni, hakim köməkçisi olmaq istəyən şəxs də, hər hansı dövlət qurumunun kargüzarlığında işləmək istəyən şəxs də eyni sualları cavablandırır. Müsahibə mərhələsi isə tam şəffaf deyil, çünki burada insan amili önəmli rol oynayır. Müsahibə komissiyasının üzvləri namizədin biliklərini istədikləri formada, fərqli istiqamətlərdən qiymətləndirirlər. Bir nəfərin dünyagörüşünə uyğun olan cavab başqa birisi üçün qənaətbəxş hesab edilməyə bilər. Bu baxımdan müsahibə mərhələsinin test formatına keçirilməsi daha obyektiv nəticələrin əldə olunmasına imkan yarada bilər. Hazırkı qəbul sistemi isə tam şəffaf və obyektiv hesab edilə bilməz".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri