Icma.az
close
up
RU
Hakim Novruz Kərimov: “Mən bunu etsəydim…” PƏRVİZ HƏŞİMLİNİN ONU AZADLIQDAN MƏHRUM EDƏN HAKİMLƏ DİALOQU

Hakim Novruz Kərimov: “Mən bunu etsəydim…” PƏRVİZ HƏŞİMLİNİN ONU AZADLIQDAN MƏHRUM EDƏN HAKİMLƏ DİALOQU

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə MTN tərəfindən şərlənərək həbs edilən Moderator.az saytının o zamanki rəhbəri, hazırda Gununsesi.info-nun baş redaktoru   Pərviz Həşimlinin şikayəti üzrə qərarını elan edib.

Həmin qərarda Pərviz Həşimlinin həbsinin, habelə, Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsindəki azadlıqdan məhrumetmə  hökmünün qanunsuz olduğu öz əksini tapıb.

Pərviz Həşimli bu qərardan sonra onu 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovla əlaqə saxlayıb.

Hakimlə baş redaktorumuzun telefon vasitəsilə baş tutan dialoqunu olduğu kimi təqdim edirik:

-Pərviz Həşimli: Salam Novruz müəllim! Necəsiniz? Pərviz Həşimlidir…

-Novruz Kərimov: Salam Pərviz, siz necəsiniz?

-Pərviz Həşimli: Zəng etdim ki, bir şad xəbəri sizinlə bölüşüm. Avropa Məhkəməsi sizin barəmdə çıxardığı hökmə dair şikayətimi qəbul etdi və qanunsuz məhkum olunduğumu təsdiq etdi..

Novruz Kərimov: (Bir neçə saniyə susur-P.H.) Həə, nə yaxşı,  bu qalibiyyətin üçün səni təbrik edirəm. Axır ki, nail oldun . Sən obyektiv oğlansan, özün hər şeyi yaxşı bilirsən də…Mənim qabağıma qoyulanlardan kənara çıxa bilmədim.

Pərviz Həşimli: Məhkəmə ona görə məhkəmədir ki, ittiham tərfi ilə müdafiə tərəfinin sübutlarını araşdırmalı, qiymət verməlidir. Siz isə ancaq İttiham aktına istinad etdiniz. Avropa Məhkəmənin qərarında yazılır ki, məhkəmə Pərviz Həşimlinin sübutlarını araşdırmayıb…

Novruz Kərimov: Bir şey var də… Bu deyir ki, bu onundur. Bu da deyir ki, mənim deyil. Bunu təkzib edən yoxdur axı…

Pərviz Həşimli: Necə yəni yoxdur, İttiham aktında üzümə qoyulan adamın ifadəsində yazılır ki, filan tarixdə İran vətəndaşları Biləsuvar sərhəd buraxılış məntəqəsində bu ölkəyə məxsus avtomobillə silahlar gətirib mənə  verib. Biz məhkəmədə vəsatət verdik ki, Dövlət Sərhəd Xidmətindən həmin günü sərhədi keçən iranlıların şəxsiyyətini dəqiqləşdirək və bu silahı gətirənlər kimdirsə, tanıyaq. Niyə vəsatətimi  rədd etdiniz? 

Novruz Kərimov: Müəyyən şeyləri mən sənə deyə bilmirəm… Bilirsən, mənim marağım həmişə odur ki, obyetivlik olsun. Onu niyə eləməmişəm? Məhkəmə sübut toplayan orqan deyil. Bunu etsəydim, mən müdafiə tərəfində dayanmış olardım.

Pərviz Həşimli: Məhkəmənin borcudur ki, bütün sübutları tədqiq etsin. Bir də axı qanunvericilikdə hakimin “daxili inamına  istinad etməsi” halı da müəyyən olunub. Qarşınızda dayanan şəxs dünyanın bir nömrəli hüquq-müdafiə təşkilatı olan Amnesty İnternational-ın “vicdan məhbusu” elan etdiyi, ABŞ Dövlət Departamentinin, Böyük Britaniya, Almaniya xarici işlər nazirliklərinin, Avropa Şurasının, Avropa İttifaqının və dünyanın bütün beynəlxalq qurumlarının azadlıq tələb etdiyi şəxs idi…

Novruz Kərimov: Yenə deyirəm ki, İttiham aktında başqa şeylər yazılıb.

Pərviz Həşimli: Bəs niyə mənim adıma yazılan silahlardan başqa biri MTN-nin həbs etdiyi sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin işində çıxdı?

Novruz Kərimov: Doğrudan? Bunu mən bilmirəm axı..

Pərviz Həşimli: Bəli, o zaman mərhum vəkil Elton Quliyev İjeviskidəki Makarov zavodundan sənədlər aldı ki, mənim ayağıma yazdıqları tapançalarla Nicat Quliyevin mənzilindən “çıxan” tapança eyni sifarişlə istehsal olunub və eyni qutuya məxsusdur. Ona görə də nömrə ardıcıllıqları davamlıdır. Bu sübut deyilmi ki, MTN hər ikimizi şərləyib?

Novruz Kərimov: Bax, bunu indi deyirsən. Mən bunları indi eşidirəm. Bir söz deyim , söhbəti bitirək.

Mənim  sənə məhkəmədə özünü aparmağına, savadına, qabiliyyətinə görə  hörmətim var. Açığı sənə xüsusi hörmətim var ki, özünü ləyaqətlə aparmısan. Mənim sənə qarşı qərəzim olmayıb. Əvvəllər tanış olmamışıq. İşi  mənə verdilər, mən də baxdım.

Pərviz Həşimli: Yerigəlmişkən, hələ istintaq dövründə Antiterror Mərkəzinin rəisi general Elçin Quliyev mənə bildirmişdi ki, sənin işinə bizim keçmiş müstəntiq olan Novruz Kərimov baxacaq. Xatırlayırsınızsa, mən ilk prosesdə sizin vaxtilə MTN-də işlədiyinizi nəzərə alıb, etiraz etmişdim…

Novruz Kərimov: Yox, sıradan iş kimi mənə düşmüşdü. Əsas odur ki, bu gün nailliyyətin oldu. Bir daha təbrik edirəm.

Pərviz Həşimli: Siz sağolun, amma ədalətli olun…

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri