Icma.az
close
up
RU
Hakimin biri ölüb dedi, digəri sağ olduğunu təsdiq etdi... MƏHKƏMƏ QƏRARI İLƏ ÖLDÜYÜ İDDİA OLUNAN QAX SAKİNİ HAKİMDƏN ŞİKAYƏTÇİDİR

Hakimin biri ölüb dedi, digəri sağ olduğunu təsdiq etdi... MƏHKƏMƏ QƏRARI İLƏ ÖLDÜYÜ İDDİA OLUNAN QAX SAKİNİ HAKİMDƏN ŞİKAYƏTÇİDİR

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Qax rayon sakini Mustafayev Alim Habil oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovdan şikayət edən A.Mustafayevin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Mustafayev Alim Habil oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Bildirim ki, illərlə adım ölü kimi sənədləşdirilib. Bundan gec xəbərim olub. Güc bəla ilə sənədlərimi qaydasına salmağa nail oldum.

Qax rayonunda məhkəmə hakimi Atabəy Kiçikbəyov tərəfindən barəmdə "ölüb" qərarı verilmişdi. Həmin qərarı aldım, yenidən məhkəməyə müraciət etdim. Beləliklə, Qax rayonuna yeni təyin olunmuş hakim Mirheydər Zeynalovun qərarı ilə nəhayət, sağ olduğum təsdiqini tapdı.

Mənim ruh olmadığımı, canlı-qanlı insan olduğumu təsdiqləyən Mirheydər Zeynalova təşəkkür edirəm.

Təəssüf ki, bəzi hakimlər günahsız insanlara cəza verə bilirlər. Məni "ölü insan" kimi göstərən hakimə Azərbaycan Respublikasında cəza verəcək qurum yoxdur. Hansı vəkilin yanına gedirəm, "bu işdə biz uduzacağıq", - deyib geri dururlar. Sağ insanı "ölü" kimi göstəən hakim cəzalandırılmayacaq?!

Respublika Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına da ərizə ilə müraciət etdim, ancaq hamısı başlarından etdilər. Çox heyif ki, bəzi məmurlar mənim kimi insanları Azərbaycanda yaşamaqdan diksindirir.

Hazırda Azərbaycanı qanun yox, qanunları məmurlar idarə edirlər. Bu ölkə niyə bu günə qaldı, axı?!

Mən başqa ölkələrin əsarəti altında yaşamaq istəməzdim. Amma belə çıxır ki, biz azadlığı özümüz üçün yox, məmurlar üçün qazanmışıq. Ona görə də bu qədər dəyərsiz olduq. Deyəsi, sözüm çoxdur, zərər görmüş insan kimi ürəyim doludur...

Təəssüflə qeyd edirəm ki, indi iqtidarda olan insanların 95 %-i rüşvətxordur. Onların  gözləri doymur. Hakimlərin səhvinin sübutu olsa da, onlardan şikayət etmək olmur. Heç bir qurum sənin şikayətinə baxmır.

Hakim Atabəy Kiçikbəyovun oğlu Emin Kiçikbəyovun adını eşidən vəkillər geri çəkilir. Görünür, Emin Kiçikbəyov atasının müdafiəsiçi olmaq üçün vəkil olub. Həmin vəkili tanımıram, amma tanıyanlar belə deyir.

Məsələ ilə bağlı Amil Xəlilin efrinə də çıxmışam. Lakin söhbət hakimdən gedir deyə, şikayətə baxan yoxdur. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri