Icma.az
close
up
RU
Halal sertifikatlaşdırma Azərbaycanın BÜTÜN BÖLGƏLƏRİNİ əhatə edəcək Şöbə müdirindən AÇIQLAMA

Halal sertifikatlaşdırma Azərbaycanın BÜTÜN BÖLGƏLƏRİNİ əhatə edəcək Şöbə müdirindən AÇIQLAMA

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Halal" sertifikatlaşdırmanın Azərbaycanın bütün bölgələrini əhatə etməsinə çalışırıq. Bundan əlavə, digər qida təhlükəsizliyi idarəetmə sistemlərində akreditə olunmaq planlaşdırılır".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanov deyib.

O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu hazırda 4 növ sertifikatlaşdırmanı reallaşdırır:

"İribuynuzlu, xırdabuynuzlu, quş əti, balıq və balıq məhsulları, həmçinin süd emalı məhsullarını əhatə edir. Gələcək dövr üçün digər məhsul qruplarını da əhatə etməyi düşünürük. "Halal" sertifikatlaşdırma xidməti uyğunluğun qiymətləndirilməsidir. Uyğunluğun qiymətləndirilməsi iki mərhələdə icra olunur. Əvvəlcə qiymətləndiriləcək müəssisədən ilkin olaraq fəaliyyətləri təsvir edəcək sənədlər toplusu tələb edilir və təqdim edilən sənədlərin müəssisədə OIC/SMIIC-1 "Halal Qida üzrə tələblər" standartının tələblərinin yerinə yetirilmə səviyyəsi təhlil olunur. Daha sonra sənədlərin uyğunluğuna qərar verildiyi halda, uyğunluq qiymətləndirməsinin həyata keçirilməsi üçün sahibkarlıq subyektinə xidmət müqaviləsi ünvanlanır. Xidmət müqaviləsi hər iki tərəfdən təsdiq edildikdən sonra xidmətin həyata keçirilməsi üçün zəruri xidmət haqqının ödənilməsi həyata keçirilməlidir. Müraciət edən sahibkarlıq subyektlərinə daha sonrakı mərhələdə müəssisə və onun fəaliyyət istiqamətləri haqqında məlumatları əhatə edən müraciət forması sahibkarlıq subyekti tərəfindən tərtib olunması üçün qarşı tərəfə göndərilir. Daha sonra müəssisə bizə vaxt təyin edir.

"Halal" sertifikatlaşdırma həm şəriət qaydalarını, həm qida təhlükəsizliyini, həm də qanunvericilik tələblərini əhatə edir. Qeyd olunan tələblərin hər biri ikimərhələli formada yoxlanılır. Hər mərhələ yoxlanılan zaman komitələrin rəyləri alınır. Yoxlamadan sonra yekun rəy bildirilir və müəssisəyə üçillik sertifikat verilir. Bu sertifikatın hər il yoxlanılmaqla doğruluğu təsdiqlənir. Müəssisədə dəyişiklik olarsa, sözügedən hal sertifikasiyaya təsir edir və proses yenidən həyata keçirilir".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri