Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Halal yaşamağın ləzzəti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Halal yaşamağın ləzzəti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani Səfəroğlu, jurnalist:

- "Amerikanın Səsi" radiosu bağlanırsa, deməli, radiolar öz ideoloji gücünü itirib.

Amerika bunu ilk olaraq başa düşənlərdən oldu.

Yeni epoxa başlanıb. İnsanları inandırmaq üçün monoloq trendi arxivə keçir.

lll

Xalq yazıçısı Anarın 87 yaşı tamam olur.

"60-cılar nəslinin" parlaq nümayəndələrindən olan Anar sovet Azərbaycanında milli kodu daşıyan adlardan idi.

Anar son 35 ildə Azərbaycan ictimai-siyasi həyatının bir barometri olub. Cəmiyyət öz ağrılarını ona yönəldib, siyasət ondan yazdığı əsərlərin qəhrəmanları kimi olmasını istəyib, dövlət isə Anardan yanında olmağı təvəqqə edib.

Sovet yazıçısından müstəqil Azərbaycana transfer etmək də ayrı dəmdir.

Anarın əsərlərini orta məktəbin 9-cu sinfində oxumuşam. Bu əsərlər həyata baxışımın formalaşmasında rol oynayıb. Mənim üçün "Ağ liman" povestinin qəhrəmanı Nemətin yaşam tərzi şəhər urbanizasiyasının fəsadlarında çapalayan adamın çırpıntıları idi.

Sonra "Beşmərtəbəli evin altıncı mərtəbəsi"... SSRİ-nin "Xruşşov ilıqlaşması"nın açıq mesajı olan bu əsər cəmiyyəti boğan buxovlara təsirli və ciddi etiraz idi.

Mən bu əsərləri SSRİ-nin son dövründə - "Qorbaçov erası"nda oxuyurdum. Hamının hər sözü deyə bildiyi "Qorbaçov epoxası"nda...

Aşkarlıq və azadlıq təbliğ edən o zamanda Anarın qəhrəmanları yenə aktual idi. "Durğunluq illəri"nin yastı-yapalaq qəhrəmanları onları sındırsa da, məhv edə bilməmişdi.

Deməli, yazıçı zamanı qabaqlaya bilmişdi.

"Yaxşı padşahın nağılı" sovet totalitarizminə istehza idi. "Qaravəlli"də zamanı dayanan cəmiyyətdə başını itirən zavallı vətəndaşın hamıdan təlaşla "saat neçədir?" sualı total yuxuya getmiş cəmiyyətə bir çağırışdır.

"Dantenin yubleyi"ndəki Kəbirlinski obrazı isə cəmiyyəti irəliyə aparmaq üçün vacib olan yeniliyə xeyir vermək istəyən, bunun üçün bacarmasa belə, heç olmasa "bir damcı" xeyir üçün çiynini bu yükün altına vermiş xeyirxah "kiçik insanların" kədərli portretidir.

"Telefon zəngi" hekayəsi isə sadəcə möhtəşəmdir.

Anarın bütün əsərləri cəmiyyətə bir aynadır.

"Asılqanda isləyən qadın", "Gürcü familiyası", "Molla Nəsrəddin -66"...

Anarın əsərləri bugünkü nəslə "yad" olsa da, sovet azərbaycanlıları üçün yeni çağırışlara bir indikator olub.

Yazılana isə pozu olmur. 

Bu gün Anar adı çəkiləndə oradan ədəbi tariximiz boylanır və nə vaxtsa əsərlərini ləzzətlə oxuyaraq aldığımız zövqün xoş nostaljisi axır.

Təbrik edirəm, cansağlığı arzulayıram!

Səadət Məmmədova, jurnalist:

- Mirzə Qədim İrəvanidən bəhs edən "Cənnət Yuxusu" bədii-sənədli filminin təqdimatına getmişdim, maraqlı alınıb, efirdə qarşınıza çıxsa, mütləq baxın.

Mirzə Qədim Azərbaycan dəzgah boyakarlığının banisi, avropasayağı portretlə şərqsayağı miniatürlərin sintezini yaradan rəssam olub.

İrəvan Xan sarayında bərpa işlərinin bir qismini həyata keçirib.

İrəvanda 1918-ci il hadisələrində əsərlərini qonşu erməniyə etibar edib şəhərdən çıxıb, 1920-ci ildə geri qayıdanda nə ermənini tapıb, nə də əsərlərini... Sonralar bu əsərlər müxtəlif Avropa muzeylərində fars miniatür nümunələri kimi sərgilənirmiş.

Sonralar Tiflis Dövlət Muzeyindən İrəvaninin bir neçə əsəri tapılıb, onlar muzeyin ekspozisiyasına daxil edilməsə də, zirzəmidə qorunub. Ümumiyyətlə Gürcüstan Milli Muzeyində Azərbaycana aid minlərlə tarixi, mədəni artefakt saxlanır.

Mirzə Qədimin Tiflisdə saxlanan altı əsəri 2019-cu ildə Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunmuşdu.

Bu məqamlar və daha çox maraqlı faktlar filmdə detallı işlənib.

Yaradıcı heyətə təşəkkürlər!!!

Aslan İsmayılov, hüquqşünas:

- Dünya şöhrətli rəssam Sakit Məmmədov uzun əsrlərdir tarixin sükutuna bürünmüş bir obrazı yenidən canlandıraraq həm tariximizə, həm də milli sənətimizə dəyərli töhfə vermişdir. O, Şah İsmayıl Xətainin anası Aləmşah xatunun təsvirini yaratmaqla, Səfəvi dövrünün bir çox sirlərindən birini üzə çıxarmışdır.

Tarixi mənbələrə görə, Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayıl və onun ardınca gələn Şah Təhmasib dövründə xanımlar, analar və saray hərəmləri barədə yazmaq və məlumat vermək həm saray tarixçilərinə, həm də o dövrün digər tarixçilərinə qadağan edilmişdi. Hətta onların rəsmlərini çəkmək və portretlərini yaratmaq haqqında düşünmək belə mümkün deyildi. Bu qadağalar nəticəsində onlarla tarixi şəxsiyyətin adı və izi zamanla silinmiş, onların kimliyi haqqında məlumatlar itmişdi.

Lakin Sakit Məmmədov, bu qadağanı aradan qaldıran sənətkar oldu. O, uzun illər apardığı araşdırmalar, qədim miniatürlər və dövrün sənədlərinə əsaslanaraq Şah İsmayılın öz əsərlərindən və şeirlərindən də ilham aldı. Nəticədə, 500 ildən sonra ulu hökmdarın anası Aləmşah xatunun möhtəşəm obrazını yaratdı. Bu portret yalnız bədii dəyəri ilə deyil, həm də tarixi əhəmiyyəti ilə seçilir. Çünki bu əsər, unudulmuş bir simanı yenidən Azərbaycan xalqına və tarixinə bəxş edir.

Xalq rəssamı Sakit Məmmədovun bu işi, təkcə bir sənət əsəri yaratmaq deyil, həm də tarixdə mövcud olmuş qadağaları aşaraq yeni baxış bucağı təqdim etməkdir. O, həm tarix elminə, həm də təsviri sənətə misilsiz töhfə verərək, gələcək nəsillərə dəyərli irs qoymuşdur.

Akif Aşırlı, jurnalist:

- Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin rəsmini ilk dəfə Əzim Əzimzadə çəkib. "Açıq söz " qəzetinin 1916-cı ilin aprelin 22-də çıxan sayında "Bakı xəbərləri" rubrikasında maraqlı bir xəbər var.   "Füzulinin təsviri" adlı yazıda şairin ilk dəfə rəsminin çəkildiyi barədə  oxuculara məlumat verilir: "Rəssamlarımızdan Ə.Əzimov cənabları tərəfindən Füzulinin rəsmi  gözəl tərtib edilmişdir. Əzimov türk və islam aləminə mərbut olan müşahirlərin rəsmlərini nəşrə başlamışdır". Xəbərdə qeyd olunur ki, Ə.Əzimov (Əzimzadə) çəkdiyi rəsmlərdən bir neçəsini redaksiyaya təqdim edib: "İndi Füzulinin çəkilən əsərinin surəti evində yabançı əsərlər asanlar üçün bir zinət olmalı, öz şair və ədiblərimizin rəsmiləri evlərinizi bəzəməlidir". Yazı bu xahiş, istək və arzu ilə tamamlanır.

Xaqani Cəfərli, jurnalist:

- ABŞ prezidenti Ronald Reyqan 1985-ci ildə Cenevrədə yalnız tərcüməçilərin müşayiət etdiyi gəzinti zamanı Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovdan soruşur ki, əgər Amerika yadplanetlilərin hücumuna məruz qalsa, biz sizin hərbi yardımınıza güvənə bilərikmi? 

Qorbaçov tərədüd etmədən cavab verir ki, şübhəsiz. Ardınca da əlavə edir ki, SSRİ və ABŞ eyni səngərdə olacaqlar. Fantastik filmlərin qəhrəmanların yadplanetlilərə qarşı mübarizəsinə bənzəyən bu söhbət Soyuq Müharibənin başa çatmasının və "dəmir pərdə"nin aradan qalxmasının təməli hesab olunur.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev İlon Maska 2029-cu ildə Marsa birgə missiya təşkil etməyi təklif edib. İlon Maska məxsus olan X sosial şəbəkəsindəki bununla bağlı paylaşımında Dmitriyev yazıb ki, bizim ağlımız və texnologiyamız bəşəriyyətin məhvinə deyil, uğuruna xidmət etməlidir.

Kirill Dmitriyevin bu fikirlərini oxuduğum zaman Reyqanla Qorbaçov arasında yadplanetlilərin hücumuna qarşı birgə müdafiə olunmaqla bağlı söhbətini xatırladım.

Nadir torpaq metallarının, neft-qaz yataqlarının və Arktikanın birgə işlənilməsi ilə bağlı Putinin Trapma təklifi də Dmitriyevin ideyasıdır. Məlumata görə, məhz onun təkidlərindən sonra Putin bu təkliflərlə çıxış edib.

Dmitriyevin təmsil etdiyi qüvvələr Putini hakimiyyəti Dmitriyevə ötürməyi razı sala bilsələr, tamamilə yeni geosiyasi vəziyyət yaranacaq. Dmitriyev Rusiyanın üzünü yenidən Şərqdən Qərbə çevirə, postsovet respublikalarının azad seçiminə razı ola bilər.  

Stenford Universiteti və Harvard Biznes Məktəbinin məzunu, Putinin varisi hesab olunan qızı Yekaterinanın dəstəyi ilə vəzifə pillərində sürətli yüksəlmiş, cəmi bir neçə il əvvəl Kiyevdə Viktor Pinçukun investisiya fondunda işləmiş, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dostu Kirill Dmitriyevin İlon Maska başqa planetləri birgə fəth etmək təklifi təsadüfi hadisə ola bilməz.

Lalə Mehralı, jurnalist:

- Bakıda nə qədər ailə kirayədə yaşayır...

Bakıda nə qədər gənc evsizlikdən ailə qura bilmir... Və Bakıdakı "novostroyka"larda nə qədər boş ev var...

Fərid Hüseyn, şair:

- Bu boyda bir ağac bir də haçan yetişəcək?..

Görkəmli alim, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, zənnimcə, sənətşünaslığımızın rəssamlıq istiqamətində bizi keçmişimizlə bugünümüzə bağlayan ən etibarlı körpü idi. Belələrinə haqlı olaraq "canlı ensiklopediya" deyirlər. Onunla Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəyliyə aid, o cümlədən Şuşa şəhəri haqqında 8 rəsm toplusu kitabını bərabər ərsəyə gətirmişdik. Adamı yarıtmaqda, istədiyin işi umduğun səviyyədə hazırlamaqda, ürək oxumaqda əvəzi yox idi...

İki ay idi ki, xəstə yatırdı. Bir həftə öncə jurnalist Natiq Muxtarlı ilə ziyarətinə getmişdik. İçəri girən kimi həyat yoldaşı Bəsti xanım soruşdu ki, Ziyadxan, gözlərini aç, gör kim gəlib? Gözlərini açıb astaca dedi: Fərid Hüseyn gəlib, - mənim ən gənc dostum. Ölümə təslim olduğunu o saatca anladım. Dərmanlarını atmırdı, çünki canındakını yüz təbibdən daha yaxşı bilirdi. Daha özünə münasibətdə sözü qurtarmış aşıq kimi davrana bilməzdi. Hər halda Şirvan suyu içmiş, Seyid Əzim, Sabir damarı olan birinin ölüm ayağındakı rəftarı da kəsərli olmalı idi və beləydi də. Hər zaman nikbin görünən, gülüş saçan birinin gözlərini ölümə tuşlanmasını seyr eləmək ürəyimin yağını əritdi. Astaca, "heyif sizdən,  Ziyadxan müəllim" dedim. Danışdıq, guya öz aləmimizdə ümid verdik, dirçələcəyini söylədik, dinmədi. Daim minbir planı olan, gələcəklə bağlı hər zaman nikbin düşünən Ziyadxan ustad uzun söhbətimizə belə yekun vurdu: "Yatmaq istəyirəm".

Bir də xahiş elədi ki, Əzim Əzimzadə haqqındakı kitabından əlavə nüsxələr gərəyidir. Ölümün astanasında belə kitabı haqqında düşünürdü. Bir il öncə "Şuşa təsviri sənətdə" adlı kitabını nəşrə hazırladıq, Türkiyədə yayımlandı. Növbəti işimiz "Bakı təsviri sənətdə" olacaqdı, olmadı...

Mərhum türkoloq alim Aydın Məmmədovun yasında 60-70 yaşlı, qocaman ağacların kəsilməsi barədə söhbət düşəndə adamlar bir də onların yerlərində yenilərinin əkilsə də, təzə ağacların haçana böyüyüb o yekəlikdə, o qamətdə olacaqlarını deyərək heyifsilənirmişlər. Bu əsnada şair Əlisəmid Kür qəfildən Aydın Məmmədovun atasının üzünə baxıb. Sanki atanın fikirli baxışlarına yazılıbmış ki, o kəsilmiş ağaclar sayaq, Aydın kimi bir oğulun bir də yetişməsi, boya-başa çatması mümkündürmü? Axı valideyn uşağın əziyyətini hər gün çəkir, onun qram-qram, boy-boy böyüməsi onun gözünün qarşısında olur. Övlad yiyəsi yaxşı bilir ki, bir oğulun ərsəyə gəlməsi necə çətindir. Eləcə də ağaclar Allahın nəzərində misqal-misqal böyüyürlər... Asandırmı kəsilən ağacın yerində yenisi bitsin, ölən oğulun əvəzinə başqası ərsəyə gəlsin?!

Bir də Ziyadxan Əliyev kimi bir adamın yetişməsi indiki mühitin reallıqlarının nəzərləri ilə baxanda mümkünsüz görünür. Və rəssamlığımızın an-an irəliləyişini göz önünə gətirəndə bu itki tam ehtişamı ilə görükür.

Ziyadaxan müəllim Səttar Bəhlulzadəni "Sənətin Məcnunu" adlandırırdı, özü isə "Sənətşünaslığın Məcnunu" idi.

Məni təzə-təzə tanıyanda, Kürdəmirdən olduğumu biləndə zarafatla "sancırdı" ki, Ağsu aşırımından aşağıdakılar "Kitayski şirvanlılar"dır. Zamanla bərabər, işlərimizin sırası sıxlaşdıqca, məni daha yaxından tanıdıqca dedi yox, əsl şirvanlısanmış. Bu cür zarafatlaşmalar, xoş şuxluqlarla bağlı onlarla maraqlı xatirələr yaddaşımdadır. Bəzən səhər 9-dan axşama qədər bir kitab üzərində işləyirdik.

Yüzlərlə elmi məqalə, onlarla əvəzsiz kitabdan savayı, rəssamların həyatı haqqındakı maraqlı, ironik anlar barədə bənzərsiz bir kitab olan "Boyalı gülüşləri" yazmışdı. Hər zaman gülüş saçar, şux zarafatları, maraqlı sancmaları, yerində sataşmaları ilə ünsiyyətdə olduğu adamların eynini açardı.

Onsuz həqiqətən çətin olacaq. Nə qədər böyük bir rəsm arxivi bir yolluq itəcək. Bir rəsm toplusunu hazırlamaq üçün daha bir adama yox, on adama üz tutacağıq, axırda da alababat bir şey alınacaq. Bir sözlə, millətin kisəsindən getdi Ziyadxan müəllim... Halal yaşamağın ləzzətini duyan və bunun feyzini başqalarına da hiss etdirməyi bacaran kölgəli bir kişini itirdik. Sənətşünaslığımızın başı sağ olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri