Icma.az
close
up
RU
Halil Hasar: Türkiyənin İqlim Dəyişikliyi Bürosu 2100cü ilədək istifadə oluna biləcək iqlim proyeksiyası modellərinin hazırlanmasına başlayıb

Halil Hasar: Türkiyənin İqlim Dəyişikliyi Bürosu 2100cü ilədək istifadə oluna biləcək iqlim proyeksiyası modellərinin hazırlanmasına başlayıb

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasarın APA-ya müsahibəsi.

- Halil bəy, əvvəlcə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərlə bağlı məlumat verməyinizi xahiş edirik.

- Öncə, onu deyim ki, COP29-un Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir. Biz ölkəmizdə bunu ən yüksək səviyyədə də vurğulamışıq. Sualınıza gəlincə, son bir ildə Türkiyə iqlim dəyişikliyi ilə mübarizə aparılması üçün bir sıra önəmli tədbirlər həyata keçirib. Türkiyə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasına hazırlıqlı gəlməli idi. COP29 Prezidentliyi iqlim şəffaflığı mövzusunda hesabatlara çox böyük önəm verir. Söhbət iki illik müddəti əhatə edən hesabatlardan gedir. Bu sənədin COP29 başlayanadək hazırlanması mütləq idi. Çünki bir daha qeyd edirəm ki, COP Prezidentliyi də bu qəbildən olan sənədlərin tərtib olunmasına çox böyük önəm verir. Ona görə bizim ölkəmiz də bu hesabatı COP29-a qədər hazırlamalı idi. Buna görə, həqiqətən də bu addımı böyük uğur kimi qiymətləndirmək olar. İkincisi, COP29 başlamadan əvvəl artıq ölkəmizin Uzunmüddətli İqlim Strategiyasını BMT-yə təqdim etdik. Türkiyədə iqlim dəyişikliyi ilə mübarizə üçün 2024-2030-cu illəri əhatə edən Ortamüddətli İqlim Strategiyasını hazırlamağı hədəfləmişdik. Bununla da "Karbon qazı emissiyalarının azaldılması üzrə Strateji Fəaliyyət Planı" hazırladıq. Plan özlüyündə sənaye müəssisələrində zərərli qaz tullantıları emissiyalarının azaldılması üzrə tədbirlərin sürətləndirilməsini nəzərdə tuturdu. Biz əksər hallarda iqlim dəyişir kimi fikirlər eşidirik, amma mən demək istəyirəm ki, iqlim artıq dəyişdi. Dünyada iqlim böhranı yaşanır və bu, bir gerçəkdir.

- Dünya ölkələri yaşanan iqlim böhranından çıxış yollarının tapılması üçün nə etməlidir?

- İlk növbədə, ölkələrin bu kimi hadisələrə hazırlıqlı olmasına çox ciddi ehtiyac var. Burada söhbət həm bütövlükdə ölkənin, həm də ayrı şəhərlərin infrastruktur baxımından hazırlıq səviyyəsindən gedir. Bütövlükdə şəhər infrastrukturu iqlim böhranına uyğunlaşdırılmalıdır. Ölkəmizdə bütün nazirliklər, ayrı-ayrı dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu kimi hadisələr yaşanarsa həyata keçirməli olduqları planlar var. Bütün qurumlar təbii fəlakətlər zamanı "Böhran planı"nda nəzərdə tutulan tədbirləri görməlidir. Həmin planda həyata keçiriləcək antiböhran tədbirlərinin başlandığı və yekunlaşdığı tarixlərədək hər bir detal son dərəcə dəqiqliklə təsvir olunub. Bizim malik olduğumuz texniki üstünlüklər görülən işlərin monitorinqini aparmağa və ehtiyac olduqda müdaxilə etməyə imkan verir.

- Rəhbərlik etdiyiniz qurum bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisinə İqlim Dəyişikliyi haqqında Qanun layihəsi təqdim edib. Bu problemlə daha effektiv mübarizə üçün daha hansı işlər görülür. Effektiv nəticələr üçün nələr edilməlidir?

- İlk növbədə, qeyd etmək istəyirəm ki, bütün sahələrdə qanunların qəbulu çox zaman kifayət etmir. Lakin biz Türkiyə Böyük Millət Məclisinə qanunvericilik təşəbbüsləri ilə bağlı texniki dəstək göstəririk. Bununla əlaqədar olaraq bir qədər əvvəl "İqlim Dəyişikliyi Haqqında" qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim etmişik. Hesab edirəm ki, daha effektiv fəaliyyət üçün sənayenin ayrı-ayrı sahələrini iqlim dəyişikliyinin zərərli təsirlərinə uyğunlaşdırmağa, eləcə də rəqabət qabiliyyətini artırmağa ehtiyac var. Eyni zamanda ölkəmizdə tətbiq olunan emissiya ticarəti sisteminin Avropa İttifaqının tələblərinə adaptasiyası üçün lazım olan bütün addımları atmışıq. Çünki bizim həyata keçirdiyimiz ixrac əməliyyatlarının 42 faizi Avropaya istiqamətlənib. İxrac göstəricilərinin azaldılmaması üçün zəruri olan bütün infrastruktur hazırlıqlarını həyata keçirmişik. Hesab edirəm ki, haqqında bəhs etdiyim qanun Parlamentdə qəbul olunarsa, ölkəmiz bu sahədəki hədəflərinə nail olacaq. Eyni zamanda biz 2100-cü ilədək istifadə oluna biləcək iqlim proyeksiyası modellərinin hazırlanmasına başlamışıq. Bu da o deməkdir ki, artıq 9 kv. km ərazidə müşahidə olunacaq atmosfer proseslərini müşahidə edə bilirik. Əldə olunan nəticələr 6 fərqli model, eləcə də 40 index göstəricisinə müvafiq olaraq qiymətləndirilir. Onlardan biri quraqlıq, digəri su və ya isti hava dalğaları, eləcə də daşqınlar və torpaq sürüşməsidir.

- Bu, texnoloji yeniliklər ölkənizə hansı üstünlükləri qazandırır?

- Biz bu texnoloji yeniliklər sayəsində artıq İran körfəzindən Skandinaviya ölkələrinədək bir çox ərazilərdən daxil olan hava axınlarını müşahidə edirik. Bu sıraya Azərbaycan da daxildir. Yeniliklər bizə müəyyən müddət ərzində bu bölgədə baş verə biləcək sel, quraqlıq və digər təbiət hadisələrini 95 faiz həcmində proqnozlaşdırmağa imkan verir. Beləcə də dövlətlər əvvəlcədən qabaqlayıcı tədbirlər həyata keçirə bilirlər.

- Sizi doğru başa düşdümsə, bu amillər kənd təsərrüfatı sahəsində də məhsul planlaşdırılması işində də dövlətin köməyinə çatır.

- Bəli, tamamilə doğrudur. Biz bunu "Erkən Xəbərdarlıq Sistemi" adlandırırıq. Bu sistemin tətbiqi bizim fermerlərimizə əkin-biçin fəaliyyətini planlaşdırmağa imkan verəcək. Türkiyənin Meteorologiya İdarəsi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə fəaliyyət həyata keçirir. Yəni Türkiyənin Meteorologiya İdarəsinin hava proqnozları eyni anda, sinxron şəkildə Azərbaycanın müvafiq qurumuna da ötürülür. Beləcə iki qardaş dövlət bu sahədə də öz güclərini birləşdirir.

- Bəs Türkiyənin İqlim Dəyişikliyi İdarəsi təbii fəlakətlərin təsir dairəsinin azaldılması üçün hansı tədbirləri həyata keçirir? Bununla bağlı tövsiyələr vaxtında müvafiq qurumlara çatdırılırmı?

- Əlbəttə. Hesab edək ki, 2040-2060-cı illər arasında hansısa şəhərin ərazilərindən birində sel fəlakətinin baş verməsi ehtimalı var. Məsələn, orada dərə yatağı da mövcuddur. Həmin dərə yatağının gələn selin qarşısını hansı səviyyədə ala biləcəyi araşdırılır. Üstəlik, əgər həmin bölgədə hansısa tikinti-quraşdırma işləri aparılacaqsa, bununla bağlı planlarda dəyişikliyin aparılması ilə bağlı tövsiyələr veririk. Eyni zamanda şəhər planlaşdırılması istiqamətində işlər aparılarkən həmin ərazinin xüsusiyyətləri nəzərə alınır. İqlim dəyişikliyi ilə bağlı erkən xəbərdarlıq sistemi "Sabah sel gəlir. Qaçın!" - deyərək, əhalini təşvişə salmaq kimi anlaşılmamalıdır. Bunun üçün risklərin və baş verə biləcək təbii fəlakətlərin yaradacağı fəsadlar öncədən təhlil edilir, daha sonra isə nəticələrə uyğun şəkildə qərarlar qəbul olunur.

- Daha bir sualım isə COP29-da aktiv şəkildə müzakirə olunan Yeni Kollektiv Kəmiyyət Hədəfi anlayışı ilə bağlıdır. Sizcə, tərəflər bu konfransın yekununda həmin hədəfə nail ola biləcəkmi?

- Bu hədəf hələ bəlli deyil. Ona görə də bu barədə nə isə demək çox çətindir. Türkiyənin də bu istiqamətdə öz tövsiyələri var. Biz bu tövsiyələri tərəflərlə müzakirələr zamanı açıqlamağı daha doğru hesab edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri