2100cü ilədək 30 milyon insan öləcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda dəhşətli nəticələr əldə ediblər.
"Cebheinfo.az" xəbər verir ki, Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir.
Tədqiqat 2000-2090-cı illər arasında 10 illik fasilələrlə məlumatların təhlili yolu ilə həyata keçirilib.
Nəticələr daha çox ölümün xüsusilə Cənubi və Şərqi Asiyada baş verəcəyini ortaya qoyub. Bölgədə havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.
Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı gözlənilir.
Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 22 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















