“Halk TV” də böyük polis əməliyyatı 11 nəfər saxlanıldı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az “Haber Global”a istinadən bildirir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 17 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 11-i tutulub.
C.Mahiroğlu rüşvət almaqda, tenderlərə qanunsuz müdaxilədə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına şübhəli bilinir. Prokurorluğun açıqlamasına görə, istintaqda şübhəli pul köçürmələri və bəyan edilmiş gəlirlərlə əmlak arasında uyğunsuzluqlar müəyyən olunub.
Məhkəmə qərarı ilə C.Mahiroğlunun biznes şəriki, rəhbəri olduğu və ya əlaqəli hesab edildiyi şirkətlərin üzərinə həbs qoyulub. Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) həmin şirkətlərə müvəqqəti idarəçi təyin edib.
Əməliyyat zamanı “Halk TV”nin İstanbuldakı binasında da axtarış aparılıb. Kanalın canlı yayımı dayandırılaraq əvvəlki verilişlərdən birinin təkrarı göstərilib.
Məlumata görə, C.Mahiroğlu da daxil olmaqla dörd şübhəli xaricdədir. Digər bir şübhəli başqa cinayət işi üzrə həbsdədir, bir nəfərin isə axtarışı davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Oktyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















