“Halva yalnız yas yeməyi deyil, İslamda belə bir ənənə yoxdur” TURAL İRFAN
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Halva Azərbaycan mətbəxinin ən məşhur və tez hazırlanan şirniyyatlarından biridir.
Bu şirniyyat müxtəlif mərasimlərdə və gündəlik həyatda hazırlanır və yeyilir.
Lakin bəzi insanlar hesab edir ki, halva yalnız yas yeməyidir və ehsan olaraq yas məclislərində hazırlanmalıdır.
Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, halvanın yalnız yas yeməyi kimi qəbul edilməsi doğru yanaşma deyil:
“Şirniyyatın adı ərəbcədə “dadlı” mənasına gələn “şirin” sözündəndir.
Milli şirniyyatlarımız arasında yer alan halvanın yalnız yas yeməyi olaraq adlandırılması yanlış yanaşmadır və İslam dinində bununla bağlı heç bir ənənə yoxdur.
İslamın mənşəyi Ərəbistandan gəldiyi üçün qeyd edilməlidir ki, Ərəb ölkələrində, həmçinin Orta Asiyada və digər müsəlman, türk xalqlarında halvanın xüsusi olaraq ölü yeməyi və ya yas yeməyi olması ilə bağlı heç bir ənənə yoxdur”.
Tural İrfan onu da qeyd edib ki, yas məclisinin yeməyi halva ola bilməz, çünki İslam dinində ümumiyyətlə yas məclisi ənənəsi yoxdur və yas zamanı ehsan vermək adəti də mövcud deyil.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















