Icma.az
close
up
RU
Hamı onu Nəsibə Zeynalovaya bənzədirdi, indi isə: “Ayaqlarımda problem var, yeriyə bilmirəm” ÖZƏL+FOTO

Hamı onu Nəsibə Zeynalovaya bənzədirdi, indi isə: “Ayaqlarımda problem var, yeriyə bilmirəm” ÖZƏL+FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Səhhətimlə əlaqədar olaraq heç yerə getmirəm, gəlmirəm. Televiziyadan zəng edib çəkmək istəyirlər, razılıq vermirəm. Səhhətim o qədər də yaxşı deyil. Heç nəyə həvəsim yoxdur. Sənətim haqda hamının məlumatı var da. Bilirəm ki, məni çox adam sevir. Təvazökarlıqdan uzaq olsa da bunları deməliyəm”

Bunu Moderator.az-a özəl açıqlamasında uzun müddətdir mətbuatdan uzaq düşən əməkdar artist Emma Məlikova deyib. O daha sonra əlavə edib:

“Teatrıma canım qurban. Mən teatrda canımı qoymuşam. İndi necə aktrisa olmuşamsa onu tamaşaçılar deyə bilər. Yaxşı yaxud da pis. Doğma teatrımdan hər zaman məni diqqətdə saxlayırlar. Gəlirlər, gedirlər, axtarırlar. İstər rəhbərlik, istərsə də aktyor-aktrisaların qayğısı Hamısı mənim, mən də hamısının xətrini istəyirəm. Teatrdan özüm çıxdım. İstirahətə ehtiyacım var idi. Daha qocalmışam, işləmək vaxtım çoxdan gedib. Ayaqlarımda da problem var. Yeriyə bilmirəm, gəzə bilmirəm. Teatr üçün burnumun ucu göynəyir. Teatrı həmişə sevmişəm, sevirəm, sevəcəyəm də. Teatr mənim canımdır, ciyərimdir” deyə aktrisa bildirib.

Emma Məlikova deyir ki, sənətdə arzuları həyata keçib.

“Arzuladığım rolların hamısını oynamışam. Elə bir rol olmayıb ki, onu istəyim amma oynamayım. Oynamadığım rol qalmayıb. Kinoya çox az çəkilmişəm, son illərdə rollar oynamışam. Kinoya çağırırdılar getmirdim. Həm səhhətimə görə, həm də vaxtım yox idi. Maddi vəziyyətim də pis deyil. Pensiya alıram, dolanıram. Övladlarım da işləyir. Ən böyük arzum budur ki, balalarım xoşbəxt olsun, ürəyim istəyən insanlar həmişə yaşasınlar. Teatr da yaşasın” deyə aktrisa bildirib.

Emma Məlikova mərhum aktrisamız Nəsibə Zeynalovanı da xatırlayıb:

“Mənim teatra gəlməyim elə onun adı ilə bağlıdır. Hər zaman Nəsibə xanımı izləyirdim, deyirdim ki, aktrisa olacam. Elə oldu ki, Allah qismət etdi onunla eyni teatrda çalışmaq nəsibim oldu. Hamı məni ona oxşadırdı, özü də elə deyirdi ki, sən mənim qızımsan. Nəsibə xanımdan sonra “Hicran” tamaşasında Qızbacı rolunu bir-iki dəfə oynamışam. Əlbəttə ki, onun kimi heç vaxt oynaya bilmərəm. Allah Nəsibə xanıma rəhmət etsin” deyə sənətkar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri