Icma.az
close
up
RU
Hamı sevindi: Nəhayət, biləcəyik ki, sahibsiz heyvanlarla bağlı hara müraciət etmək lazımdır

Hamı sevindi: Nəhayət, biləcəyik ki, sahibsiz heyvanlarla bağlı hara müraciət etmək lazımdır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılır. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Qərara əsasən, publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiqlənib. 

Bildirilib ki, Mərkəz sahibsiz heyvanlara qayğı göstərilməsi və onların uçotunun aparılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır. Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti həyata keçirir.


Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Şərq”ə açıqlamasında yeni qayğı Mərkəzinin yaradılması haqqında qərarın imzalanmasını müsbət hal adlandırdı: 

- Bu, çox sevindiricidir. Nəhayət, biləcəyik ki, sahibsiz heyvanlarla bağlı hara müraciət etmək lazımdır. Yoxsa, bilmirdin hara zəng edəsən, kimə deyəsən. Sanitariya və texniki təmizlik idarəsi vardı, məsuliyyəti atırdılar üzərlərindən, deyirdilər, heç bir vasitəmiz yoxdur, maliyyə yoxdur, sahibsiz heyvanları toplaya bilmirik. Qayğı Mərkəzi fəaliyyətə başlasa, vətəndaşlar da rahat olacaq, sahibsiz heyvanlar da sahiblənəcəklər. Bilirsiz, insanlar çox vaxt şikayət edir, itlər üstümüzə hücum çəkdi, qapdı, dişlədi, deyə. Quduzluğa tutulanlar da olub, çox təəssüf. Bunun səbəbi heyvanların nəzarətsiz qalması, nəzarətsiz bir şəkildə populyasiya prosesinin getməsidir. Küçə itləri, pişiklər konkret bir qurum tərəfindən nəzarətə götürülsə, vaxtlı-vaxtında peyvəndlər vurulsa, populyasiyanın qarşısı alınsa, küçələrdə bu qədər sahibsiz it olmaz. İnsanlar üçün təhlükə yaranmaz. 

L.Əlizadə qeyd etdi ki, sahibsiz heyvanlar quduzluğa, digər yoluxucu xəstəliklərə qarşı mütləq peyvənd olunmalı, qulaqlarına birka taxılmalı, lazım gəldikdə axtalanmalıdırlar: 

- Ancaq bu yolla sahibsiz heyvanların çoxalmasının və insanlara zərər verməsinin qarşısını almaq olar. Nəzarət olmayanda, peyvəndlər edilməyəndə sahibsiz heyvanlar təhlükəyə çevrilir. Qayğı Mərkəzi paytaxt və şəhərətrafı ərazilərdə təmizlik işləri aparmalı, sahibsiz heyvanların toplaşdığı yerləri müəyyən edib orada iş aparmalıdır. Heç bir halda söhbət bu heyvanların öldürülməklə zərərsizləşdirilməsindən gedə bilməz. Bu, qeyri-insani, qeyri-humanist addımdır. O itlər, pişiklər ancaq uyğun vasitələrlə tutulub xüsusi mərkəzdə peyvəndlənməlidir və təhlükəsiz bir şəkildə yenidən təbiətə buraxılmalıdır. Törəmənin qarşısı isə axtalanma ilə alınmalıdır. Bu üsulla biz sahibsiz heyvanların çoxalmasının qarşısını ala bilərik. 

L.Əlizadə qeyd etdi ki, insanların sahibsiz heyvanlara qarşı soyuqqanlığı onu narahat edir: - Təhlükəni ancaq sahibsiz itlər törətmir. Elə insanlar var, itə, pişiyə sahiblənir, hətta baha qiymətə alırlar cins itləri, pişikləri. Bir müddət sonra isə küçəyə ötürürlər. Saxlamırlar, baxmırlar. İnsan bir canlını necə küçəyə qova bilər, anlamıram. Küçə itləri səbəbsiz yerə insanlara hücum etməz. Ya onları hirsləndirir, qıcıqlandırırlar, ya da ac olurlar, ona görə hücum çəkirlər. Son zamanlar sahibsiz heyvanlara sahib çıxanlar, onları yemləyənlər çoxdur. İDEA təşkilatı bu işdə öndədir. Ancaq bu da çıxış yolu deyil. Sahibsiz heyvanlarla  kompleks şəkildə iş aparılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri