Icma.az
close
up
RU
Nəhayət ki, tarixi sazişi imzaladılar

Nəhayət ki, tarixi sazişi imzaladılar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko təsdiqləyib.

“ABŞ-nin maliyyə naziri Skott Bessant ilə birlikdə mən ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzaladım”, - deyə o qeyd edib.

Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib ki, Ukrayna hökuməti təbii ehtiyatlar üzrə Saziş çərçivəsində ABŞ ilə İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib.

Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb:

Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir.

Nəzarətin saxlanması: Ukrayna yerin təki, infrastruktur və təbii ehtiyatlar üzərində tam nəzarəti özündə saxlayır.

Borclar deyil, yeni investisiyalar: Saziş Ukrayna tərəfdən heç bir borc öhdəliyini nəzərdə tutmur.

Zəmanətli investorlar və alıcılar: Fond layihələrə sərmayə qoyacaq və məhsulların kommersiya məqsədli alınmasına zəmanət verəcək.

Avrointeqrasiya kursuna uyğunluq: Saziş Ukraynanın Avropa Birliyinə üzvlük əldə etməsinə maneə yaratmayacaq.

Şmıqal qeyd edib ki, İnvestisiya Fondu ABŞ və Ukraynanın töhfələri ilə doldurulacaq. Fondun mənfəəti yalnız Ukraynaya yenidən investisiya ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2025 07:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri