Hamı Trampın “McDonalds” sevgisini yanlış bilirmiş Əsl səbəb budur
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın səfərləri zamanı “McDonalds” kimi fast-food restoranlarına üstünlük verməsinin səbəbi açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri naziri Robert F.Kennedinin sözlərinə görə, Tramp yerli restoranlarda qida zəhərlənməsindən ehtiyat etdiyi üçün böyük fast-food şəbəkələrinə daha çox güvənir.
Kennedi “Net Positive” podkastında Trampın səfərləri zamanı qidalanma seçimlərindən danışıb. O bildirib ki, prezident təyyarəsində çoxlu sayda “McDonalds” yeməyi olur. pizza
Nazirin sözlərinə görə, Tramp səfərlər zamanı milli restoran şəbəkələrindən alınan qidalara üstünlük verir. Bunun əsas səbəbinin isə yerli restoranda yemək yedikdən sonra qida zəhərlənməsi ehtimalından narahat olması olduğu bildirilib.
Kennedi qeyd edib ki, Trampın Ağ Evdə və Floridadakı “Mar-a-Lago” iqamətgahında qidalanması isə səfərlərdəkindən fərqlidir. Onun sözlərinə görə, prezident bu məkanlarda təzə və yerli məhsullardan hazırlanan yeməklər də yeyir.
Kennedi daha əvvəl də Trampın fast-food seçimindən danışıb. O, 2026-cı ilin fevralında Co Roqanın proqramında prezidentin səfərlər zamanı böyük restoran şəbəkələrinə üstünlük verməsini qida zəhərlənməsi qorxusu ilə əlaqələndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Sentyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















