Icma.az
close
up
RU
Hamilə qadınlar nədən şikayət edir?

Hamilə qadınlar nədən şikayət edir?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Hamiləlik zamanı qadın orqanizmində çox ciddi dəyişikliklər baş verir.

Bunun nəticəsində qadın öz dərisinin, saçların, dişlərin vəziyyətində, həzm və sidik-cinsiyyət sistemi fəaliyyətində və s. müxtəlif "yeniliklərlə" rastlaşır. Bir çox hallarda (xüsusilə ilk hamiləlik zamanı) bu yeniliklər qadınları narahat edir və bəzən qorxuzur. Bəli, bəzi simptomlar hər hansı pozulmadan xəbər verə bilər. Lakin bir çox hallarda belə dəyişikliklər təbiidir və onlardan qorxmaq lazım deyil.

- Təngnəfəslik (adətən 3-cü üçaylığında narahat edir). Hamiləliyin axırlarına yaxın fiziki iş və ya adi danışıq zamanı əmələ gələn təngnəfəslik bir çox qadınları narahat edir. Böyümüş döl diafraqmaya təzyiq edir ki, bunun nəticəsində nəfəsalma prosesi çətinləşir. Bu halla mübarizə etmək üçün daha çox dincəlin, yatanda başınızın altına əlavə yastıq qoyun. Doğuşa 1 ay qalmış uşağın başı çanağın girişinə enir və təngnəfəslik azalır. Əgər təngnəfəslik sizi çox narahat edirsə, mütləq həkimə müraciət edin (bu anemiyanın simptomu ola bilər).

- Qəbizlik (bütün hamiləlik ərzində narahat edə bilər). Bu əksər hamilə qadınların şikayətidir. Hamiləlik zamanı qanda proqesteron hormonun səviyyəsi artır. Proqesteron uşaqlığın əzələlərinə zəiflədici təsir edir ki, doğuş lazım olan vaxtdan tez başlamasın. Bundan əlavə proqesteron bağırsaqların hərəkətliliyini (peristaltika) zəiflədir ki, hətta heç zaman qəbizliklə rastlaşmayan qadında bu pozulma inkişaf edə bilər. Qəbizliklə mübarizə etmək üçün kifayət qədər meyvə-tərəvəz, sıyıqlar (xüsusilə yulaf yarması) yeyin, maye qəbul edin, hərəkətli olun.

- Baldır və pəncə əzələlərin qıcolmaları (adətən 3-cü üçaylığında narahat edir, bir çox hallarda qıcolmalar gecə saatlarında olur). Hamiləliyin 3-cü üçaylığında uşağın skeleti fəal şəkildə böyüyür. Bunun nəticəsində ananın orqanizmindən kalsium yuyulur. Bu isə qıcolmalara, diş problemlərinə gətirib çıxardır. Qadın kalsium elementi və D vitamini ilə zəngin olan qidaları (süd məhsulları, yumurta) qəbul etməli, hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminləri içməlidir. Lazım olduqda həkim xüsusi kalsium və D vitamini preparatı təyin edə bilər.

- Halsızlıq (1-ci və 3-cü üçaylıqlarında narahat edir). Hamiləlik zamanı qadınların əksəriyyətində qan təzyiqi enir. Bu səbəbdən qadın başgiləllənməsi, halsızlıq hiss edir.

- Tezləşmiş sidik ifrazı (1-ci və 3-cü üçaylıqlarında narahat edir). Hamiləliyin əvvəlində bu hormonal fonun kəskin dəyişilməsi, axırında isə böyümüş uşaqlığın sidik kisəsinə təzyiq etməsi ilə izah olunur. Əgər sidik ifrazı zamanı sizi ağrılar, yandırma hissi narahat edirsə, həkimə müraciət edin. Bu infeksiyanın əlamətidir.

- Qıcqırma (3-cü trimestrdə narahat edir). Hormonal dəyişikliklərin nəticəsində mədə və qida borusu arasında olan qapaq zəifləyir. Bunun nəticəsində mədədən boru qidasına mədə şirəsi düşür və onu yandırır. Həkimlər hamilə qadınlara daha tez-tez və az miqdarlarda qida qəbul etmək, qızarmış və acı qidalardan imtina etmək tövsiyə edir. Qıcqırma dözülməzdirsə, həkimə müraciət edin ki, sizə xüsusi müalicə təyin olunsun.

- Həddən artıq tərləmə (bütün hamiləlik ərzində narahat edə bilər). Hamiləlik zamanı qadın orqanizmində baş verən hormonal dəyişikliklər və güclənmiş qan dövranı həddən artıq tərləməyə (xüsusilə gecə yuxu zamanı) səbəb olur. Bu da təbii haldır. Həkimlər bu halda daha çox maye qəbul etmək və enli təbii parçalardan olan paltarları geyinmək tövsiyə edir.

- Səpgilər (3-cü üçaylığında narahat edir). Hamilə qadınlarda qasıq nahiyyəsində və döşlərin altında qırmızı səpgilər əmələ gələ bilər. Buna səbəb hormonal dəyişikliklərdir. Həkimlər tez-tez duş qəbul etmək və enli təbii parmalardan olan paltarları geyinmək tövsiyə edir. Səpgilər çox narahat edirsə, həkim xüsusi məlhəm təyin edə bilər.

-  Uşaqlıq yolundan ifrazatların artması (bütün hamiləlik ərzində narahat edə bilər). Hamiləlik zamanı ifrazatların bir qədər artması müşahidə olunur. Bu normaldır. Lakin ifrazatlar həddən çox olmamalı, iysiz və ağ və ya şəffaf olmalıdır. İyli, qəhvəyi, yaşıl rəngdə, uşaqlıq yoluna yandırıcı, yeyici təsir edən ifrazatlar normal sayılmır. Bu halda qadın mütləq ginekoloqa müraciət etməlidir.

- Ödemlər (3-cü üçaylığında əmələ gəlir). Baldır, pəncə nahiyələrin və əl barmaqların zəif ödemləri normal sayılır. Məsələ burasındadır ki, hamiləlik zamanı orqanizmdə daha çox maye yığılır və bu da ödemlərə səbəb olur. Əgər ödemlər çox gözə çarpırsa, bu təhlükəli simptomdur. Mütləq həkimə müraciət edin.

Mənbə: www.kid.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri