Icma.az
close
up
RU
Hamilələrin məhəl qoymadığı test erkən düşük yaradır Endokrinoloqdan XƏBƏRDARLIQ

Hamilələrin məhəl qoymadığı test erkən düşük yaradır Endokrinoloqdan XƏBƏRDARLIQ

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hamiləlik müddətində qadında bir sıra xəstəliklər baş qaldıra bilər. Bu, hormonal dəyişikliklərlə əlaqəlidir.

Bəziləri belə problemlərə ciddi yanaşsa da, buna məhəl qoymayanlar da mövcuddur.

Hamiləlik zamanı ən çox rastlanan belə problemlərdən biri hipotireozdur, yəni qalxanabənzər vəzin funksiyasının aşağı olması (TSH yüksəkliyi). Bu problemə məhəl qoymadıqda isə istənilməyən nəticələr baş verə bilər.

Mövzu ilə bağlı medicina.az-a açıqlama verən endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, bu vəziyyətdə olan hamilələr müalicə olunmadığı təqdirdə preeklampsiya, erkən doğum riski ilə üzləşə bilərlər: "Hipotireozlu analardan doğulan körpələrdə kəskin tənəffüs çatışmazlığı daha çox müşahidə edilir. Qalxanabənzər vəzi hormonları mərkəzi sinir sisteminin və boyun inkişafına birbaşa təsir göstərdiyinə görə doğulan körpələrdə fiziki və əqli inkişaf geriliyi yaranır.

Ona görə də hamiləlikdə bu xəstəlik aşkarlanan kimi dərhal müalicəyə başlanılmalı, hər 4-6 həftədən bir TSH dəyərləndirilməli və trimesterlərə uyğun hədəf rəqəmlərə çatdırılmalıdır".

Mütəxəssis fiziki və əqli inkişaf geriliyinin ən ağır forması kretenizmin qarşısını almaq üçün erkən diaqnoz və erkən müalicənin mütləq olduğunu vurğulayıb: "Əgər hamilə qadın öncədən bu səbəbə görə müalicə alıbsa, hamiləlik ərzində davam etdirməli və kəsməməlidir. Bəziləri düşünür ki, hamiləlikdə dərman qəbulu zərərlidir. Qeyd edim ki, bu növ dərmanların dölə heç bir zərəri yoxdur və ən əsası həkim göstərişi ilə qəbul edilməlidir".

Bəs hansı hamilələr daha diqqətli olmalıdırlar?

Endokrinoloq hamilələrdə tiroid (qalxanabənzər vəzi) xəstəliklərinin yaranmasına səbəb olan risk faktorlarını açıqlayıb:

1. Daha öncə qalxanabənzər vəzi əməliyyatı keçirənlər;

2. 1-ci tip şəkərli diabet və digər autoimmun xəstəliyi olanlar;

3. Düşük və ölü doğum hekayəsi olanlar;

4. Anemiya, xolesterini yüksək olan qadınlar daha da ciddi yanaşmalıdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri