Icma.az
close
up
RU
Hamiləlik zamanı mərhələli müayinələr NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik zamanı mərhələli müayinələr NƏLƏR EDİLMƏLİDİR?

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmuş ziqotun yaranması ilə başlayır.

Hamiləlik öncədən planlanmalıdırmı?

Statistikaya əsasən planlanmış hamiləliklər daha uğurlu başa çatır. Hamiləlik öncəsi hazırlıq ən azı 3 ay öncədən başlanmalıdır. Hamiləlik planlayan qadın bu zaman daxilində müəyyən müayinələrdən keçib lazım olan vitamin və minerallar qəbul etməlidir.

Müayinələr:

USM – kiçik çanaq orqanlarında – uşaqlıq və yumurtalıqlarda patalogiyaları aşkar etmək üçün. Cinsi yolla keçən infeksiyaların yoxlanması. Qanın, sidiyin ümumi analizi. Hamiləlik dönəmində anemiyalara cox rast gəlinir. Ağır anemiyalar fetusun normal inkişafını ləngidir. Sidik-cinsiyyət sistemi də hamiləlik zamanı artıq yükləndiyindən, infeksiyalaşmağa meylli olduqlarından hamiləlik dönəmində fəsadlar yarada bilər. Hamiləlik planlayan qadının çəkisinə də nəzarət olunmalıdır. Çəki azlığı və çəki artıqlığı doğuş zamanı fəsadlar yarada bilir. Hamiləlikdən öncə çəkini normallaşdırmaq lazımdır. Hamiləlikdən öncə ən vacib olan vitamin B9 və ya fol turşusunun qəbulu mütləqdir. Fol turşusu hamiləliyin ilk həftələrində embrionun sinir borularının düzgün inkişafı üçün vacibdir. Hamiləlik planlamayan qadınlar hamiləliyin ilk həftələrini hamilə olduqlarını bilmədikləri üçün fol turşusu qəbul etmirlər. Fol turşusunun kəskin çatmamazlığı döldə sinir borusu defekti yaradır. Buna görə də hamiləlikdən ən azı 8 həftə əvvəl fol turşusu qəbul edilməyə başlanmalıdır.

Hamiləliyin erkən əlamətləri nədir?

Hamiləlik baş verdikdən sonra qadınlar özlərində bəzi əlamətlər hiss edirlər. (şübhəli əlamətlər) Ürəkbulanma,qusma İyləri təhrifolunmuş şəkildə hiss etmək Sinir sistemində bəzi dəyişikliklər (yuxululuq, əsəbilik, başgicəllənmə, əhval-ruhiyyənin tez-tez dəyişməsi və s.) Tez-tez sidiyə getmə Süd vəzilərinin şişməsi. Piqmentasiyanin artması (dəridə, giləətrafı və s.) Müayinə zamanı obyektiv əlamətlər Amenorreya (aybaşının olmaması) Ginekoloji baxış zamanı uşaqlıq yolunun və uşaqlıq boynunun sianozlaşması Ginekoloji müayinədə uşaqlığın forması, ölçüsü və konsistensiyasının dəyişməsi Dölün hərəkətinin hiss olunması (ilk hamilələrdə 18-20 həftəsində, təkrar hamilələrdə 16-18 həftəsində)

Qadınlar özlərində şübhəli əlamətlər hiss etdikdə ilk öncə mama-ginekoloqa müraciət etməlidirlər. Hamiləlik təsdiq olunmalıdır. Qadınlar ümumilikdə hamiləlik dönəmində 7 dəfə həkim mama-ginekoloqun qəbulunda olmalıdır.

İlk gəliş  (12 həftəyə qədər)

Məsləhətvermə – qadına  hamiləliyin fizioloji gedişi  haqqında məlumat verilir. “Hamilənin ev kartası” qadına verilir və doldurulması haqqında məlumat verilir. Arterial təzyiq ölçülür, nəbz sayılır. Axrıncı aybaşına görə doğuşun güman edilən vaxtının təyini Bədən kütləsi indeksi (BKİ) hesablanır. BKİ-nin yol verilən sərhəddi 18-dən 30-a qədərdir. Qanın klinik analizi Sidiyin ümumi analizi Qanda şəkərin təyini Qan qrupu, rezus faktor, əgər qadında rezus mənfi, partnyorunda isə rezus müsbətdirsə, rezus anticismlərinin təyini. Hepatit B, sifilis testlərinin, İİV yoxlanması. Rubella (İg G) skrining. Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi. USM.

11-13 həftə aralığında hamilə həmçinin ikili test müayinəsindən keçir. Hamiləliyin 11-13+6 həftəliyində ikili test yoxlanılır. İkili test zamanı qanda betta-XQ, PAPP-A yoxlanılır. Bu analizlə döldə xromosom anomaliyaları aşkarlanır. Ən optimal vaxt 11-12 həftədir. Əgər 11 həftədə Daun sindromunu aşkarlamaq 87%-dirsə, 14 həftədə bu göstərici 79%-dir. Bu analiz nəticəsi tam dəqiq deyildir, xromosom anomaliyasının olma riskini göstərir. Əgər daun sindromu 1/300-dən artıqdırsa, USM-də ənsə qalınlığı 3,5-dən artıqdırsa, onda 11-14 həftəsində xorion biopsiyası edib və ya amniosentez (16-18 həftə aralığında) və ya NİPT testi edərək dölün xromosom quruluşunu öyrənmək lazımdır.

II gəliş (18-20 həftə)

Məsləhətvermə Arterial təzyiqin ölçülməsi,nəbzin sayılması Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqramma) Sidiyin ümumi analizi USM Dördlü test – hamiləliyin 15-21 həftəsində yoxlanılır. (16-18 həftəsində məsləhət görülür). Bu zaman qanda AFP, ümumi XQ, sərbəst estriol, inhibin A yoxlanılır. Aşağıdakı xromosom xəstəlikləri araşdırmağa kömək edir Daun sindromu Edvars sindromu Patau sindromu Sinir borusu defekti

Bu testlərlə döldə xromosom xəstəliklərini aşkarlamaq olur. Anatomik anomaliyalar isə təyin edilmir. Bu testlərdə göstəricilər normadan aşağı olduqda hamiləyə amniosentez, xorion xovlarının biopsiyası, NİPT testi məsləhət görülə bilər.

III gəliş (26-28 həftə)

Bu həftədən sonra bütün gəlişlərdə məsləhətvermə, arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, dölün ürək döyüntüsünə qulaq asmaq və qravidoqramma həyata keçirilir. Əlavə olaraq Sidiyin ümumi analizi Qanın kliniki analizi Antirezus immunoqlobulininin rezus- mənfi immunizasiya olmamış qadına yeridilməsi.

IV gəliş (30-32həftə)

Qanın kliniki analizi Sidiyin ümumi analizi KTQ

V gəliş (34-36)

Sidiyin ümumi analizi Hepatit B,sifilis testləri tekrar Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi USM

VI gəliş (38-ci həftə)

Sidiyin ümumi analizi. Dölün vəziyyətinin və gələcək hissəsinin təyini üçün qarnın palpasiyası. Dölün çanaq gəlişi zamanı doğuşun aparılma taktikasının təyin olunması. (cərrahi və ya təbbi yolla başa çatdırılmasının proqnazlaşdırılması)

VII gəliş (40-cı həftə)

Auskultasiya – dölün ürək döyüntülərinə qulaq asmaq Sidiyin ümumi analizi Əgər bu müddətdə doğuş baş verməyibsə, növbəti gəliş 1 həftədən sonra təyin olunur. 42-ci həftədə isə doğuş başlamamışdırsa, hamilə qadın doğuşun induksiyası üçün stasionara göndərilir.

Mənbə:nazaaz

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri