Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Hamının qazandığı Onların sahibləndiyi qələbə

Hamının qazandığı Onların sahibləndiyi qələbə

Icma.az bildirir, Ayna portalına istinadən.

Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr

İkinci Dünya müharibəsinin (1939-1945) iştirakçısı, Böyük Vətən müharibəsində (1941-1945) qurtuluşda 20 milyondan çox vətəndaşının qanını alman faşizminə qarşı mübarizədə tökən ölkənin özü bütün gücü ilə həm ölçü, həm də resursları ilə ondan kiçik olan qonşu ölkəyə hücum etdi. Və artıq üç ildən çoxdur ki, Ukraynaya qarşı genişmiqyaslı, təcavüzkar, müstəmləkəçi, qanlı müharibə aparır.

Yüz minlərlə əsgərini Ukrayna tarlalarında və meşələrində ölümün ağuşuna atıb, yüz mindən çox ukraynalını öldürüb, mülki infrastrukturunu məhv edib. Məntiqə sığmır - Böyük Vətən müharibəsinin dörd ilə yaxın müddətində həmin müharibənin bütün məşəqqətlərini və məhrumiyyətlərini, kədər və iztirablarını özü yaşamış bir ölkə, başa çatmasından 80 il keçsə də, hələ də alman işğalından azad olunduğunu və faşizm üzərində qələbəsini bu cür nifrətlə qeyd edən xalq eyni nifrətlə öz din və dil qardaşından “düşmən” imicini necə yarada bilər? Səbəb nədir? Ukraynalıları yalnız fərqli, azad və demokratik ölkədə yaşamaq istədikləri, diz çökmədikləri və özünü “böyük qardaş” adlandıranların qarşısında əyilməkdən imtina etdikləri üçün təcavüza məruz qoydular.

Və ümumiyyətlə, 80 il əvvəl başa çatan müharibə niyə rusların gündəlik həyatına bu qədər sıx bağlıdır? Və bu, sadəcə olaraq tarixi fakt, öyrənilmə mövzusu və bəli, sovetlər ölkəsinin bütün xalqları və dünya xalqları ilə müttəfiqlik şəraitində faşizm üzərində qələbənin qüruru deyilmi? Niyə rusların əsl qüruruna çevrilən bu qələbə həmrəylik deyil, SSRİ-nin “əsas və əvəzolunmaz” rolu bu müharibədə digər respublikaların rolu nəzərə alınmadan fetişə yüksəldilir?

Keçmiş SSRİ-də Almaniyadan ilk kütləvi zərbəni alan Avropa ilə həmsərhəd Belarus, Ukrayna deyildimi? Aviabombaların hədəfi onlar deyildimi, cəbhə xəttində yaşayan pulemyot və avtomat atəşinə tutulanlar, tankların altında uzananlar ukraynalılar və belaruslar deyildimi?

Bu günə kimi qəhrəman şəhər adını almadan cəbhəni - təyyarələri, tankları benzinlə təmin etməkdə yükü daşıyan Bakı deyildimi? Köçürülən rusları öz kiçik mənzillərinə buraxan, son tikə çörəyi, sabunu, istiliyi və rahatlığını onlarla bölüşən Cənubi Qafqaz və Orta Asiya respublikalarının vətəndaşları deyildimi?

Marqoşa Simonyan nə üçün səs telləri qırılana qədər qışqıraraq, o müharibədə tək SSRİ-nin aparıcı rolu haqqında qışqırır? Təbii ki, bu zaman, o, Rusiyanın qələbə hüququnu tanıyaraq, Amerikanın Lend-Lizininin əhəmiyyətini və müttəfiqlərin ikinci cəbhəsi açılmadan qələbənin mümkünsüzlüyünü rədd edərək, digər respublikaların itkilərinə məhəl qoymur. Lakin müharibənin əvvəlində əhalinin siyahıyaalınması ilə bağlı statistik məlumatlara əsasən, SSRİ-nin Böyük Vətən müharibəsindəki insan itkilərinə görə faiz nisbətində mütləq lider olan deyildiyi kimi RSFSR deyil. Beləliklə, 109,4 milyon əhalisi olan RSFSR 14 milyon sakinini (12%) həmin müharibənin qurbangahında qurban verdi, ən böyük insan itkiləri Belarus (5,5 milyon əhali, 2,3 milyon itki - 41,8%) və Ukrayna (31 milyon əhali – 7 milyon itki – 22,5%), verdi. Qalan respublikalar öz vətəndaşlarının 8-10%-ni itirdi.

Amma nədənsə, nə Ukraynada, nə də Rusiyanın quberniyasına bənzəyən Belarusda bu müharibənin ağrı-acısı və bu müharibədə qələbə ideoloji alətə çevrilir və həmin müharibədə “qalibin” dünya düzənini yenidən tarixi hüququ ilə zorla dəyişmək hüququna haqq qazandırmağa yönəlmiş dövlət təbliğatının bir hissəsinə çevrilmir. Müasir geosiyasətə qarışmaq hüququ da öz yerində.

Bütün digər ölkələr - həmin müharibənin iştirakçıları səhifəni çoxdan vərəqləyir, qəhrəmanlarını xatırlayır, onlara ehtiram bəsləyir, bu günü yaşayır və öz vətəndaşları üçün sosial cəhətdən təhlükəsiz gələcək qururlar. Mümkün qədər - təhlükəsiz, yaxşı yollarla, "axmaqlar"sız, vanna otağı və hətta mənzildə cakuzi ilə. Ancaq ruslar üçün, Ukraynaya qarşı müharibə göstərdiyi kimi, bütün bunlar hələ də həyata keçirilməyən bir xəyaldır, üstəlik - "möcüzəvi şəkildə gözəl", fantaziyadır. Əyalətlərdən gələn rus işğalçılarının müasir insanın həyatının bütün bu nominal rahatlıqlarını necə heyrətə qarşıladıqlarını görürük.

Lakin Rusiya hakimiyyəti öz vətəndaşlarının şüurundan hətta insan kimi yaşamaq hüququ ilə bağlı düşüncələri də kökündən çıxarmaq və onlarda ölkənin sərvətlərinin harasa yox olması ilə bağlı şübhələr yaratmaq qorxusundan çıxış yolunu Qərbin simasında xarici düşmən obrazı yaratmaqda və keçmişi tərənnüm etməkdə tapıb. İkinci Dünya müharibəsi tarixinin təhrif edilməsi, “Böyük Vətən müharibəsi”ndən öz xalqı üzərində təbliğat manipulyasiyaları üçün istifadə edilməsi, anlayışların dəyişdirilməsi onun öz gücünü və qüdrətini qanuniləşdirməyə xidmət edir.

1990-cı illərin ideoloji boşluq şəraitində fövqəldövlət statusunun itirilməsi və Qərbin xammal əlavəsinə çevrilməsi fonunda uzaq qələbənin xatirəsini qoruyub saxlaması milli kimliyin yeganə əsasına çevrildi. Müharibə birlik, qəhrəmanlıq, mənəvi üstünlük, yenilməzlik rəmzi kimi istifadə olunmağa başladı. Xüsusən də Ukraynanı məğlub etməyin mümkünsüzlüyü və ukraynalıların azadlıq üçün sarsılmaz iradəsi şəraitində. Ukraynanı ələ keçirmək və özünə sadiq hökumət qurmaq üçün üç günlük xüsusi əməliyyat kimi başlayan əməliyyatda Rusiya tam və sarsıdıcı məğlubiyyətə uğradı.

Onun nəhəng ordusu Kiyevə nə “üç günə”, nə də üç il üç aya çata bildi. Ukraynalılar təkbaşına, hətta tanklar, raketlər, mərmilər və digər silahlar olmadan rusların peşəkar ordusunu məhv edərək, "dünyada ikinci ordu" mifini tez bir zamanda dağıtdılar. İndi bu orduda əsasən zeklər, çağırışçılar, Şimali Koreyadan göndərilənlər və müqaviləli əsgərlər döyüşür.

Öz donanması olmadan ukraynalılar Rusiya Federasiyasının məşhur Qara Dəniz Donanmasını məhv etdilər, işğalın əvvəlində ukraynalıların Rusiyanın gücünə müqavimət göstərmək qabiliyyətinə şübhə edən Qərbi səfərbər edə bildilər və onlara hərbi yardım və maliyyə dəstəyi göstərmək üçün ABŞ və Avropanın konsolidasiyasına nail oldular.

Bəs, Rusiya hökumətinin durumu necədir? Ukraynanı ən azı dörd regiondan imtina etməyə və Krımı Rusiya kimi tanımağa məcbur etmək üçün Donald Trampdan kömək almağa ümid edir Kreml? Baxmayaraq ki, Putin müharibəyə NATO-nu Şərqi Avropadan çıxarmaq planları ilə başlamışdı.

Yaxşı, Ukraynanı məğlub edə bilməyən xalqı hökumət ətrafında birləşdirən əsas bağ siyasi səfərbərlik aləti və milli ləyaqət simvolu kimi Böyük Vətən müharibəsində qələbə mifidir. Putin Ukrayna ilə müharibəyə başlamaqla müharibədən sonrakı dünya nizamını məhv edə bilmədi. Lakin o, hələ də hibrid müharibələrə əl ataraq, yeni qarşıdurma ocaqlarını alovlandıraraq, proksilərini - HƏMAS, “Hizbullah” və “Husi”lərin köməyi ilə dünyanın yenidən bölünməsi niyyətindən əl çəkmək niyyətində deyil.

Və təəssüflər olsun ki, azad dünyanın liderliyindən əl çəkərək “dünya polisi” olmaqdan çıxan yeni Amerika hökuməti beynəlxalq hüquqa zidd olaraq, təcavüzkara güzəştə getməklə, öz hərəkətsizliyi ilə dünyanın sabitliyini təhdid edir və 1945-ci ildən sonra qurulmuş təhlükəsizlik sistemini məhv edir. Sülh və təhlükəsizliyi dəstəkləməyə və təmin etməyə çağırılan BMT də susur. Əks halda, niyə yaradılıb? Lakin təcavüzkarı üzvlüyündən kənarlaşdırmamaqla və Təhlükəsizlik Şurasındakı yerini qoruyub saxlamaqla BMT artıq öz səmərəsizliyini və dişsizliyini nümayiş etdirib və nəhayət, nüfuzunu itirib.

Deməli, “batan adam özü özünü xilas etməlidir”. BMT-yə ümid etmək sadəlövhlük olardı, onun qətnamələrinin heç bir qüvvəsi yoxdur. Azərbaycan bunu 30 illik işğaldan sonra anladı.

Lakin Ukrayna özündən qeyri-mütənasib şəkildə böyük olan, həm də böyük sərvət və imkanlara malik olan bir ölkə ilə mübarizə aparır. Ona görə də bu vəziyyətdə, əvvəlki iki dünya müharibəsində olduğu kimi Rusiyanın Ukraynaya qarşı müharibəsi də dünya müharibəsinin xəbərçisi kimi qiymətləndirilə bilər, təcavüzə qarşı koalisiya yaratmaqla Qərb dövlətlərini konsolidasiya etmək lazımdır.

Avropalılar hazırdır, qalanı Trampdan asılıdır. Amma Amerika qərar verməkdə həmişə gecikib, müharibə başlayandan düz üç il sonra ittifaqlara qoşulub. Avropa liderlərinin və Respublikaçı partiya yoldaşlarının onu Putinlə bağlı barışdırıcı mövqeyinin səhv olmasına inandıra biləcəkləri yaxın gələcəkdə aydınlaşacaq. Onun özü də artıq başa düşüb ki, Rusiya lideri, Trampın özünün dediyi kimi, “onu burnundan tutub vaxt aparır”. İndi də Ukraynaya yardımın şiddətli əleyhdarı olan vitse-prezident J.D.Vens bəyan edib ki, Rusiya “çox şey” istəyir.

Beləliklə, gözləyirik və görəcəyik...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri