Icma.az
close
up
RU
“Hamısı generalların, polkovniklərin pullarıdır...” Şabalıd davası

“Hamısı generalların, polkovniklərin pullarıdır...” Şabalıd davası

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun general Raul Zeynalov da daxil olmaqla 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilməsi barədə məlumat vermişdik.

“Qafqazinfo” bu dəfə cinayət işinin təfərrüatını əldə edib. Kapitanın müttəhim, generalın zərərçəkmiş kimi tanındığı işi Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev araşdırır.

Dava şabalıd davası imiş

Məhkəmədə məlum olub ki, təqsirləndirilən kapitanla generalı bağlayan şabalıd alveridir. Belə ki, Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib. Şəhərə TIR-larla çatdırılan şabalıd daha çox “Meyvəli” Ticarət Mərkəzindəki mağazalara paylanılıb. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. Zərərçəkmişlərin dilindən desək, ölkədə şabalıd monopoliyası qurublar. Amma zabitlərin birgə alveri sonda iflasa uğrayıb.

Malların batmasına görə təqsirləndirilən şəxslə Raul Zeynalov arasında münasibətlər pozulub. Sonuncu şabalıd gətirməsi üçün verdiyi 1 milyon manatı Ayazdan geri ala bilmədiyini iddia edərək prokurorluğa şikayət edib.

Generaldan əlavə, polkovnik-leytenant da alverə pul yatırıbmış

Cinayət işində adı keçən ikinci zərərçəkmiş isə Raul Zeynalov və Ayaz Bayramovla eyni nazirlikdə şöbə müdiri işləyən polkovnik-leytenant Yasin Muradovdur. İstintaq müəyyən edib ki, Ayaz general Zeynalovdan əlavə, Yasin Muradovla da iş görüb. Muradov da şabalıd alverindən qazanc əldə etməsi üçün Ayaza 200 min manatdan artıq pul verib. Yekunda pulu batmaqla yanaşı o, nazirlikdəki vəzifəsini də itirib.

Bu da son deyil. Eyni nazirlikdə baş leytenant rütbəsi ilə işləmiş Toğrul Kazımzadə də şabalıd alverinə qoşulub aldananlardandır. O da məsələlərin üstü açılandan sonra işdən çıxarılıb.

Kazımzadənin sözlərinə görə, Ayazın birdən-birə varlanması onun diqqətini çəkib. Üstəlik, generalla işləməsi onun inamını daha da artırıb: “Kazarmada yaşayan adam idi. Birdən-birə maşın, ev aldı. Hamı bildi ki, Raul Zeynalovla işləyir. Sonra elə oldu ki, mənə də işləmək təklif etdi. Dedi ki, nə qədər pul qoysan, şabalıdın satışından olacaq gəlirin 10 faizi sənindir. Birinci dəfə 77 min manat vermişdim. Hər dəfə pulu götürməyə bahalı maşınlarla gəlirdi. Amma bilirdim ki, o maşınlar Raul Zeynalovundur. Sonra qəfil yoxa çıxdı. Zəng edib dedi ki, guya güclü yağış yağıb, mal batıb. Ümumilikdə ona 125 min yox, 145 min manat vermişəm. Həmin puldan da cəmi 60 min qaytarıb, hazırda 84 min borcludur”.

Şüşə qəfəs arxasında əyləşən Ayaz isə Toğrulun yalan danışdığını, onu  Raul Zeynalovun öyrətdiyini deyib: “Bu adam heç bilmir nə qədər pul verib. Gah deyir 125, gah deyir 145 min… Raul Zeynalovun ssenarisi ilə danışır. Yaxşı, Toğrulu aldadırdımsa, 77 min manatını qaytarandan sonra niyə 145 min də verdi? Raul mənə demişdi ki, sənin bütün ailəni tutduracağam. Bunlar mənim üstümdən oyun oynayırlar. Birlikdə xeyli qazanmışıq, amma iş tərs gətirib axırda batdıq. Belə çıxır ki, bunlar pulu faiz kimi verirlərmiş. Toğruldan da nə almışamsa, hamısını qaytarmışam”.

İş üzrə digər zərərçəkmiş isə Cəmilə Seyidovadır. Seyidova deyir ki, Ayazı uşaqlıqdan tanıyıb, ikisi də Qəbələdə böyüyüblər. Ayazın müxtəlif vaxtlarda ondan borca pul alıb, sonradan artıqlaması ilə qaytardığını deyir. Şabalıd alverinə başlayandan sonra isə məbləğ böyüyüb, sonuncu dəfə ondan 120 min manat pul götürüb: “Heç vaxt Ayaza bu qədər pul verməzdim. Özünü varlı kimi göstərməsi məni aldatdı. “Range Rover”, “Lexus” kimi maşınlar sürürdü. Bir dəfə maşını açdı, içində külli miqdarda pul var idi. Dedi ki, bəs sən 150 min manat ver, nə qazansam, yarısı sənindir. Birinci dəfə 30 min verdim, 1 həftə ərzində artıq 3 min qaytardı. 

Özünü ölkədə şabalıd monopoliyasına baxan adam kimi təqdim edirdi. Çoxlu pullar göstərib, “görürsən yerlin nə oyun çıxarır, hamısı generalların, polkovniklərin pullarıdır. Yaxında milyonçu olacağam”, - deyirdi.

Bundan sonra güvənim artdı. Oğlumun da maşınını satıb, 120 min manat da verdim. Haradasa ondan bu günə qədər 40 min qaytarıb. Sonradan öyrəndim ki, bunun hamıya borcu olub”.

Təqsirləndirilən şəxs isə xanımın dedikləri ilə qətiyyən razılaşmayıb. Onunla heç vaxt şabalıd alveri etmədiyini, pulları faizə götürdüyünü deyib: “Bu bütün pulları mənə faizə verib. Həmişə də aldığım pulu faizi ilə qaytarmışam. İndi də o birilər kimi Raul Zeynalovun ssenarisi ilə danışır. Cəmiləyə heç bir borcum yoxdur”.

Cəmilə həmyerlisi ilə mübahisə edə-edə zaldan çıxıb.

Proses gələn həftə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini işləyib. O, hazırda heç bir dövlət qurumunda çalışmır, biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see354

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see315

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see276

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see257

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see225

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see223

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see222

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see215

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see214

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see211

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see211

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see203

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri