Icma.az
close
up
RU
Hansı bürc necə ata olur?

Hansı bürc necə ata olur?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Həyat yoldaşımızın bizə qarşı münasibəti nə qədər önəmlidirsə, övladımıza qarşı necə bir ata olduğu da bir o qədər vacibdir. Sherg.az bürclərə əsasən ataların xüsusiyyətlərini təqdim edir:

Qoç Bürcü

Qoç kişiləri liderlik etməyi və yol göstərməyi sevir. Bu səbəbdən övladı üçün adətən həyat müəllimi olur. Ancaq bəzən inadkar və fikrindən dönməyən bir ata da ola bilər. Ergenlik dövründə uşaqla ata arasında fikir ayrılıqları yaşana bilər. Buna baxmayaraq, enerjili, istiqamət verən və əyləncəli ata obrazı ilə seçilirlər.

Buğa Bürcü

Buğa kişiləri dostluğa önəm versələr də, ata-övlad münasibətini ciddiyə alırlar. Səbirli və sakit olsalar da, qəzəbləndikdə özlərini itirə bilərlər. Sevgi dolu bir atadır, lakin emosiyalarını idarə edə bilmədiyi anlarda münasibətlər zədələnə bilər.

Əkizlər Bürcü

Əkizlər bürcü kişiləri dəyişkən və hərəkətli təbiətə malikdir. Durağan həyatı sevmədikləri üçün ailə həyatına da dinamizm gətirərlər. Uşaqla birgə kitab oxumaqdan, söhbətlərdən və sosial fəaliyyətlərdən zövq alarlar. Amma bəzən nizam-intizam və sabitlik yaratmaqda çətinlik çəkə bilərlər. Əyləncəli və maarifləndirici bir ata olmaqda üstünlükləri var.

Xərçəng Bürcü

Xərçəng kişiləri ailəsinə ən bağlı atanı təmsil edir. Uşaqlarına qarşı həddindən artıq qayğıkeş və qoruyucu ola bilərlər. Bu, bəzən uşağın özünəinamına mənfi təsir edə bilər. Amma ailənin rifahı üçün həm maddi, həm də mənəvi öhdəliklərini yerinə yetirməkdə səylidirlər.

Şir Bürcü

Şir kişisi üçün övladı qürur mənbəyidir. Təlim, tərbiyə və intizama çox önəm verir. Bəzən bu, uşağa təzyiq kimi gələ bilər. Özünü mərkəzə qoyma meyli olduğundan, uşaqda da daimi özünü təsdiqləmə ehtiyacı yarada bilər. Lakin qoruyucu və sahib çıxan bir ata obrazı olduqları danılmazdır.

Qız Bürcü

Qız kişiləri detallara və nizama önəm verir. Kiçik yaşlarda uşaqla çox maraqlanmasalar da, böyüdükcə aralarındakı əlaqə güclənir. Uşağın bir fərd olduğunu qəbul edir və ona azad qərar vermə imkanı yaradır. Bu, uşağın tez yetkinləşməsinə kömək edir.

Tərəzi Bürcü

Tərəzi kişiləri ata olduqda balanslı və ədalətli olmağa çalışarlar. Uşaq onların həyatında vacib yer tutsalar da, hər şeyin mərkəzi deyillər. Bəzən sizi uşaqdan qısqana bilərlər. Ailə içi tarazlığı qorumaq vacibdir.

Əqrəb Bürcü

Əqrəb kişiləri sərt və avtoritar ata ola bilərlər. Bu, uşaqla soyuqluq yarada bilər, amma onların fikrincə bu doğru tərbiyə yoludur. Əgər uşaq atasının dediklərinə uyğun davranırsa, əyləncəli və mehriban ata ola bilər.

Oxatan Bürcü

Oxatan kişiləri uşaqla dost ola bilən, onlarla birgə oyun oynayıb həyat sevincini paylaşan atalardır. Nizam-intizamı yumşaq formada verməyi bacarırlar. Lakin çox uşaq ruhlu olduqları üçün ana bəzən özünü ailənin kənarında hiss edə bilər.

Oğlaq Bürcü

Oğlaq kişiləri klassik və ənənəvi ata obrazıdır. Ailədə hər kəsin rolu və məsuliyyəti dəqiqdir. Disiplin və qaydalara riayət edən, sakit və ardıcıl ata olurlar. Cəza verməklə tərbiyəni qarışdırmazlar, amma məsuliyyət mövzusunda ciddi yanaşarlar.

Dolça Bürcü

Dolça kişiləri bir qədər məsuliyyətsiz ola bilərlər. Uşaqla yox, daha çox həyat yoldaşı ilə anlaşmazlıqlar yaşayırlar. Bağlayıcı öhdəliklər onları çətinlikdə qoyur. Ata olsalar da, valideynlik məsuliyyətindən tez yorula bilərlər.

Balıqlar Bürcü

Balıq kişiləri çox emosional və sevgi dolu atalardır. Uşaqları ilə dərhal güclü bağ qurarlar. Onları güldürməyi, əyləndirməyi sevirlər. Lakin sərhəd qoymaqda çətinlik çəkirlər. Vali

deyn rolunda “yaxşı polis” olmaq istədiklərindən, “pis polis” rolu anaya düşə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyun 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri