Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Hansı halda hadisə yerini tərk etmək olar? DİN dən İZAH VİDEO

Hansı halda hadisə yerini tərk etmək olar? DİN dən İZAH VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxt küçələrində yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır. Halbuki qüvvədə olan qanunvericilik müəyyən hallarda sürücülərə nəqliyyat vasitələrini yolun kənarına çəkməyə və hadisə yerini tərk etməyə imkan verir.

Mövzunun aktuallığını son günlər qeydə alınan iki yol-nəqliyyat hadisəsi də təsdiqləyir.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzən sürücünün yol şəraitini düzgün qiymətləndirməməsi, sürət həddini və ara məsafəsini düzgün seçməməsi səbəbindən maşın qarşıdakı nəqliyyat vasitəsinə çırpılır:

"Maddi zərərlə nəticələnən qəza zamanı iştirakçılar nəqliyyat vasitələrini uzun müddət yolun hərəkət hissəsində saxladıqları üçün həm əsas, həm də kəsişən yollarda nəqliyyatın hərəkəti çətinləşir və süni sıxlıq yaranır. Nəticədə digər hərəkət iştirakçıları əlavə vaxt itirirlər.

Başqa bir nümunədə yük avtomobilinin sürücüsünün baş vermiş qəzadan sonra nəqliyyat vasitəsini vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırmadığı müşahidə olunur.

Bu zaman arxadan gələn minik avtomobilinin sürücüsünün diqqətsizliyi ikinci yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Bəzi sürücülər maddi zərərlə nəticələnən qəzalardan sonra avtomobilləri yolun kənarına çəkəcəkləri təqdirdə sığorta ödənişləri ilə bağlı problem yaşayacaqlarını düşünürlər. Halbuki qanunvericilik bu məsələyə aydınlıq gətirir və müəyyən şərtlər daxilində sürücülərə hadisə yerini tərk etməyə icazə verir.

"Yol hərəkəti haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsi bu mövzuda sürücülərə dəqiq çıxış yolu göstərir. Ümumi nəticə bundan ibarətdir ki, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Ancaq sürücülər onu da bilməlidirlər ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Sürücülər bir məsələyə xüsusi fikir verməlidirlər. Onlar unutmamalıdırlar ki, istənilən qəza baş verdikdə ilk növbədə hadisə haqqında polisə məlumat verilməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 İyul 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri