Hansı içkilər saç tökülməsini artırır?
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi içkilərin tərkibi saçların tökülməsini artırır.
Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Vi Cey Hamilton “Daily Mail” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisə görə, xüsusilə şirin qazlı içkilər saç tökülməsinə səbəb ola bilər. Bu təsir daha çox həftədə 11 və ya daha çox banka qazlı içki qəbul edən insanlarda müşahidə olunur.
Hamilton qeyd edib ki, 330 millilitrlik adi bir qazlı içki bankasında azı 15 qram şəkər olur. Şəkərin artıq qəbulu orqanizmdə, o cümlədən saç follikullarında gizli iltihabi proseslər yaradır.
Nəticədə saçların böyüməsi zəifləyir, onlar quruyur, kövrəkləşir və tədricən tökülməyə başlayır.
Mütəxəssis sağlam saçlar üçün şəkərli içkilərdən uzaq durmağı, su, bitki çayları və təbii meyvə şirələrinə üstünlük verməyi tövsiyə edir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















