Icma.az
close
up
RU
Hansı müəllimlərin maaşında artımlar olacaq? AÇIQLANDI KONKRET

Hansı müəllimlərin maaşında artımlar olacaq? AÇIQLANDI KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ay 2025-ci ilin büdcəsi haqda qanun Prezident tərəfindən təsdiqlənib. 2025-ci ilin dövlət büdcəsində əməkhaqqı artımları üçün xüsusi vəsait nəzərdə tutulub. Büdcə sənədinə əsasən, sosial rifahın yüksəldilməsi çərçivəsində dövlət sektorunda çalışanların, müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin maaşlarında artım planlaşdırılır. Bu addım vətəndaşların yaşayış səviyyəsini yaxşılaşdırmaq və inflyasiyanın təsirini azaltmaq məqsədi daşıyır. Əməkhaqqı artımları xüsusilə aşağı gəlir qrupları üçün dəstəyi gücləndirmək və sosial ədaləti təmin etmək istiqamətində mühüm rol oynayacaq.

KONKRET.az xəbər verir ki, təhsil məsələləri üzrə tədqiqatçı, STM-in əməkdaşı Elmin Nuri bu barədə bir sıra məqamları “Yeni Sabah”a açıqlayıb:

“Artıq bu il üçün sosial islahatlar paketi təsdiqlənib. Bu paketdə 19 pillə üzrə məvacib artımı nəzərdə tutulur. Ən aşağı pillədə yer alan minimum əməkhaqqının 400 manata qaldırılması ilə ondan yuxarıdakı pillələr üzrə vahid tarif cədvəlinin də artım senzi nəzərdə tutulur. Məsələ ilə bağlı mətbuatdan oxuduğumuz xəbərlərə görə, 2025-ci il üçün maaş artımı 3 milyon nəfəri əhatə edəcək. Bütün bu artımlar üçün 1,4 milyard manat vəsait ayrılıb. Burada əsasən elm, mədəniyyət, səhiyyə, sosial, rabitə, melorasiya, kommunal və s. sahələrdə çalışan şəxslərin maaşlarının artırılması gözlənilir. Son məlumatlara görə, alimlərin və elmi dərəcəsi olan digər şəxslərin aylıq maaşında da yanvar ayından etibarən artımlar olacaq. Fürsətdən istifadə edib alimlərimizi də təbrik edirəm. Onlar da müəllimlərimiz qədər fədakardırlar. Biz təhsillə bağlı mövzuları işləməklə çox müsbət bir addım atmış oluruq. “Yeni Sabah” və digər media qurumlarına təhsili həmişə gündəmdə saxladıqları üçün öz təşəkkürümü bildirirəm. Təhsillə bərabər elmə aid məsələləri də gündəmdə saxlamaq lazımdır. Hətta bizim nazirliyimiz də Elm və Təhsil Nazirliyidir. Bizdə elm və təhsilin inteqrasiyasını özündə varis şəkildə birləşdirən detal budur”.

Ekspert qeyd edib ki, elm sahəsində çalışan işçilərin əməkhaqqısında artımla bərabər təhsil sektorunda fəaliyyət göstərən şəxslərin də məvacib artımları gözləniləndir:

“Bu məsələdə bir məqam daha var. Təhsildə bilirik ki, müəllimlərin sertifikatlaşdırılması prosesindən dolayı differensial əməkhaqqı artımının şahidi oluruq. Yəni, sertifikasiya prosesindən maksimum 60 baldan 51 və daha yüksək toplayanların maaş artımı 35 faiz, 31 baldan yuxarı nəticə göstərənlərin maaşı isə 10 faiz artıb. Bu tendensiya 2 ildir davam edir və 2026-cı ilədək belə olacaq. Müəllimlərin maaş artımı belə bir formada həyata keçirilir. Bunun birdəfəlik olması isə arzuolunandır. Çünki sertifikatlaşdırma elə bir prosesdir ki, burada differensial maaş artımı əsas prinsipdir və növbəlilik məsələsi də mövcuddur. Elə fənlər var ki, onların sertifikasiya prosesi növbəti yaxud ondan sonrakı ilə qalır. O zaman həmin müəllimlər gözləməlidirlər ki, 2026-cı ildən sonra maaşlarında bir qədər artımlar olsun. Qayda budur. Sadəcə sertifikatlaşdırma prosesinin tez bir zamanda həyata keçirilməsi daha yaxşı olar. Niyə həmin proses bu qədər uzanır? Doğrudur, ilk təcrübə idi və nazirlik bunu birinci dəfə həyata keçirirdi. Elə ibtidai sinif müəllimləri var ki, iki bundan öncə imtahan verməklərinə baxmayaraq, maaş artımına düşüblər. Elələri də var ki, növbəti il həmin mərhələni keçəcəklər. Bu prosesin daha tez həyata keçirilməsi sayəsində daha çox müəllimin maaşlarının artırılmasına şahid ola bilərdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see252

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri