Icma.az
close
up
RU
Hansı ölkədə suda boğulanların sayı daha çoxdur? Tam siyahı

Hansı ölkədə suda boğulanların sayı daha çoxdur? Tam siyahı

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Yay fəslinin gəlməsi ilə dənizkənarı bölgələrdə çimərliklərə axın kəskin artır. Hər il minlərlə insan istirahət məqsədilə çimərliklərə üz tutur. Bu dövrdə dənizdə boğulma halları da paralel olaraq artır.
Yeniavaz.com
xəbər verir ki, BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu problemi qlobal təhlükə kimi tanıyır və ölkələri profilaktik tədbirləri gücləndirməyə çağırır.
Məhz bu səbəbdən, 2021-ci ilin aprel ayında BMT Baş Assambleyasının qəbul etdiyi 75/273 saylı “Qlobal miqyasda boğulmaların qarşısının alınması” qətnaməsi ilə Ümumdünya Boğulma ilə Mübarizə Günü təsis olunub və hər il iyulun 25-i bu məqsədlə qeyd olunmağa başlanıb. Bu gün, boğulma faciələrinin ailələrə və icmalara vurduğu zərəri xatırlatmaq, həmçinin həyat qurtarma yollarına diqqət çəkmək məqsədi daşıyır.
Qeyd edək ki, suda boğulma hər il təxminən 236 600 nəfərin ölümünə səbəb olur. Bu hadisələrin 90%-dən çoxu çaylar, göllər, dənizlər, quyular, məişət su anbarları və hovuzlarda baş verir. Ən çox zərərçəkənlər kənd yerlərində yaşayan uşaqlar və gənclərdir.
ÜST-nin açıqladığı sonuncu məlumata görə, Azərbaycanda boğulma nəticəsində 335 nəfər həyatını itirib və bu, ümumi ölümlərin 0,43%-i deməkdir. Nəticədə Azərbaycanda hər 100 000 nəfərə düşən boğulma sayı 3,36 olub. Bu göstərici ilə Azərbaycan dünyada 66-cı yerdə qərarlaşıb.
Boğulma göstəricisinə görə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında orta riskli qrupda yer alır. Müqayisə üçün bəzi ölkələrin göstəricilərini (ölüm nisbəti hər 100 000 nəfərə) təqdim edirik:
Tacikistan – 5.88 (dünya üzrə 19-cu yer)
Latviya – 5.64 (21-ci yer)
Belarus – 4.91 (27-ci yer)
Ukrayna – 4.69 (31-ci yer)
Rusiya – 4.19 (41-ci yer)
Moldova – 4.16 (42-ci yer)
Qazaxıstan – 3.71 (55-ci yer)
Qırğızıstan – 3.53 (62-ci yer)
Özbəkistan – 3.39 (63-cü yer)
Azərbaycan – 3.36 (66-cı yer)
Gürcüstan – 2.34 (94-cü yer)
Türkmənistan – 2.33 (96-cı yer)
Estoniya – 1.67 (125-ci yer)
İran – 1.16 (143-cü yer)
Ermənistan – 0.70 (162-ci yer)
Türkiyə – 0.66 (164-cü yer)
Məlumat üçün bildirək ki, dünyada boğulma nəticəsində həyatını itirənlərin ən yüksək göstəricisi Qayanada qeydə alınıb. Bu ölkədə hər 100 000 nəfərə düşən ölüm sayı 18,48 olub. Ən az ölüm göstəricisi isə Lüksemburqda olub – hər 100 000 nəfərə 0,26.
Dünyanın 183 ölkəsində əhalinin hər 100 000 nəfərinə düşən ölüm sayı aşağıdakı kimi olub:
Qayana – 18.48
Mikroneziya – 15.31
Solomon Adaları – 13.24
Vanuatu – 12.56
Seyşel adaları – 11.64
Haiti – 10.84
Lesoto – 9.67
Esvatini (Svazilend) – 7.56
Laos – 7.51
Kiribati – 7.43
Samoa – 7.42
Kamboca – 7.01
Sent Vinsent – 6.85
Zimbabve – 6.69
Fiji – 6.65
Somali – 6.47
Baham adaları – 6.38
Beliz – 5.99
Tacikistan – 5.88
Timor-Leste – 5.79
Latviya – 5.64
Tailand – 5.49
Nepal – 5.38
Vyetnam – 5.36
Kabo-Verde – 5.15
Oman – 4.91
Belarus – 4.91
Sent Lusiya – 4.88
Surinam – 4.80
Monqolustan – 4.70
Ukrayna – 4.69
Çad – 4.67
Banqladeş – 4.55
Litva – 4.54
Şimali Koreya – 4.46
Tonqa – 4.44
Mozambik – 4.35
Niger – 4.32
Mərkəzi Afrika Respublikası – 4.30
Myanma – 4.24
Rusiya – 4.19
Moldova – 4.16
Namibiya – 4.09
Cənubi Afrika – 4.06
Qvineya-Bisau – 4.02
Burundi – 4.01
Syerra-Leone – 3.97
Fil di Şər (Kot d’İvuar) – 3.93
Benin – 3.85
Kamerun – 3.78
Hindistan – 3.76
Mali – 3.75
Filippin – 3.74
Botsvana – 3.71
Qazaxıstan – 3.71
Çin – 3.66
Boliviya – 3.64
Komor adaları – 3.62
Qvineya – 3.61
Anqola – 3.59
Burkina-Faso – 3.55
Qırğızıstan – 3.53
Özbəkistan – 3.39
Eritreya – 3.38
Yəmən – 3.37
Azərbaycan – 3.36
Qrenada – 3.30
Şri-Lanka – 3.24
Zambiya – 3.21
Maldiv adaları – 3.18
Cibuti – 3.12
Konqo Demokratik Respublikası – 3.10
Cənubi Sudan – 3.07
Sudan – 3.02
Mavriki – 3.02
Butan – 2.83
Toqo – 2.78
Əfqanıstan – 2.78
Qvatemala – 2.75
Ekvador – 2.71
Ekvatorial Qvineya – 2.70
Madaqaskar – 2.63
Malayziya – 2.63
Qambiya – 2.58
Yeni Qvineya – 2.58
Nikaraqua – 2.57
Paraqvay – 2.55
Rumıniya – 2.55
Seneqal – 2.51
Efiopiya – 2.44
Panama – 2.44
Antiqua və Barbuda – 2.41
Qana – 2.38
Gürcüstan – 2.34
Uqanda – 2.33
Türkmənistan – 2.33
Braziliya – 2.32
Trinidad və Tobaqo – 2.32
Liberiya – 2.30
Dominikan Respublikası – 2.29
Səudiyyə Ərəbistanı – 2.28
Honduras – 2.28
Keniya – 2.27
Malavi – 2.23
Tanzaniya – 2.22
Bruney – 2.21
Nigeriya – 2.17
Ruanda – 2.14
Yaponiya – 2.12
Pakistan – 2.12
Slovakiya – 2.12
Mavritaniya – 2.10
El-Salvador – 2.09
Yunanıstan – 2.08
Kuba – 2.02
Kipr – 2.00
Qabon – 1.96
Konqo – 1.92
Kosta-Rika – 1.86
Birləşmiş Ərəb Əmirlikləri – 1.83
Uruqvay – 1.79
Peru – 1.78
İndoneziya – 1.78
San-Tome və Prinsipi – 1.67
Estoniya – 1.67
Qətər – 1.56
İraq – 1.56
Bolqarıstan – 1.55
Monteneqro – 1.50
Xorvatiya – 1.44
Meksika – 1.42
Polşa – 1.39
Kolumbiya – 1.39
Çili – 1.39
Venesuela – 1.38
Bəhreyn – 1.33
Suriya – 1.21
Finlandiya – 1.20
Bosniya və Herseqovina – 1.19
ABŞ – 1.19
Mərakeş – 1.17
Yeni Zelandiya – 1.17
İran – 1.16
Liviya – 1.11
Çexiya – 1.09
Misir – 1.09
Tunis – 1.06
İrlandiya – 1.05
Əlcəzair – 1.01
İordaniya – 0.94
Fransa – 0.91
Norveç – 0.90
Livan – 0.90
Albaniya – 0.87
Argentina – 0.85
İsveç – 0.83
Macarıstan – 0.78
Şimali Makedoniya – 0.73
Serbiya – 0.71
Kanada – 0.71
Cənubi Koreya – 0.71
Ermənistan – 0.70
İspaniya – 0.69
Türkiyə – 0.66
Avstraliya – 0.66
Portuqaliya – 0.60
Barbados – 0.54
Belçika – 0.52
Küveyt – 0.52
Sloveniya – 0.50
Niderland – 0.48
İsveçrə – 0.47
İtaliya – 0.46
Danimarka – 0.46
Sinqapur – 0.44
İsrail – 0.43
Almaniya – 0.42
Böyük Britaniya – 0.40
İslandiya – 0.36
Malta – 0.35
Avstriya – 0.34
Yamayka – 0.34
Lüksemburq – 0.26
Onu da bildirək ki, ÜST, UNICEF və digər təşkilatlar açıq sularda (xüsusilə dəniz və çimərliklərdə) boğulma hallarının qarşısını almaq üçün aşağıdakı tövsiyələri verir:
Uşaqlar daim nəzarətdə saxlanılmalıdır;
Qoruyucu vasitələrdən (xilasedici jilet və s.) istifadə edilməlidir;
Çimərliklərdə mühafizəçilər (nəzarətçilər) olmalıdır;
Üzgüçülük təlimləri genişləndirilməlidir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri