Icma.az
close
up
RU
Hansı ölkələrdə insanlar həftədə 4 gün işləyir? DETALLAR

Hansı ölkələrdə insanlar həftədə 4 gün işləyir? DETALLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son illər dünyanın bir çox ölkəsində 4 günlük iş həftəsinə keçidlə bağlı müxtəlif pilot layihələr həyata keçirilir. Bəzi dövlətlər iş saatlarını azaltmadan həftəni 4 günə bölür, digərləri isə iş vaxtını qısaldaraq əməkhaqqını dəyişmədən saxlayır.

Modern.az xəbər verir ki, hazırda heç bir ölkədə 4 günlük iş həftəsi bütün əmək bazarı üçün rəsmi norma olmasa da, bir sıra dövlətlərdə bu model uğurla sınaqdan keçirilir.

Belçika

Orta həftəlik iş vaxtı: 34,7 saat

Orta aylıq maaş: 2 610 avro (təxminən 5 220 manat)

2022-ci ildən işçilərə 38 saatlıq iş həftəsini 5 gün əvəzinə 4 günə bölmək imkanı verilib. İş saatı azalmır, lakin qrafik daha çevik olur. Bu model yalnız işəgötürənin razılığı ilə tətbiq edilir.

Braziliya

Orta həftəlik iş vaxtı: 44 saat

Orta aylıq maaş: 2 690 Braziliya realı (təxminən 810 manat)

2024-cü ildə Cənubi Amerikada ilk dəfə 4 günlük iş həftəsi üzrə pilot layihə həyata keçirilib. 19 şirkət və 250 əməkdaşın iştirak etdiyi layihədə iş vaxtı təxminən 20% azaldılıb, maaş isə dəyişməyib.

Nəticədə stress, yuxusuzluq və peşəkar tükənmişlik azalıb. Şirkətlərin yarıya yaxını bu modeli qoruyub saxlayıb.

Böyük Britaniya

Orta həftəlik iş vaxtı: 36,4 saat

Orta aylıq maaş: 2 460 funt sterlinq (təxminən 5 650 manat)

2022-ci ildə 60-dan çox şirkətin və 2 900 əməkdaşın iştirakı ilə genişmiqyaslı sınaq keçirilib.

Nəticələr:

kadr axını 57% azalıb;

əməkdaşların 39%-də stress aşağı düşüb;

71%-də tükənmişlik halları azalıb.

Pilot layihədən sonra şirkətlərin 92%-i yeni qrafiki saxlayıb.

İslandiya

Orta həftəlik iş vaxtı: 36,8 saat

Orta aylıq maaş: 583 min İslandiya kronu (təxminən 4 040 manat)

2015-2019-cu illərdə minlərlə əməkdaş həftədə 35-36 saat işləyib.

Araşdırmalar göstərib ki:

məhsuldarlıq demək olar dəyişməyib;

stress və tükənmişlik xeyli azalıb.

Sonradan bir çox dövlət qurumu və şirkət bu modeli davam etdirib.

İspaniya

Orta həftəlik iş vaxtı: 36,5 saat

Orta aylıq maaş: 1 750 avro (təxminən 3 500 manat)

Hökumət 2021-ci ildən həftəlik iş vaxtını 32 saata endirən pilot layihələr həyata keçirir.

Maaşlar saxlanılır, dövlət isə şirkətlərin əlavə xərclərinin bir hissəsini qarşılayır.

Hazırda standart iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsi də müzakirə olunur.

Yeni Zelandiya

Orta həftəlik iş vaxtı: 37,4 saat

Orta aylıq maaş: 5 010 Yeni Zelandiya dolları (təxminən 4 950 manat)

2018-ci ildə "Perpetual Guardian" şirkətində həyata keçirilən eksperiment uğurlu olub.

Nəticələr:

stress 7% azalıb;

iş-həyat balansından məmnunluq 54%-dən 78%-ə yüksəlib.

Sonradan "Unilever New Zealand" da oxşar modeli tətbiq edib.

Niderland

Orta həftəlik iş vaxtı: 30,3 saat

Orta aylıq maaş: 3 330 avro (təxminən 6 660 manat)

Rəsmi 4 günlük iş həftəsi olmasa da, qısaldılmış iş qrafiki uzun illərdir geniş yayılıb.

Bu model xüsusilə uşaqlı ailələrin iş və şəxsi həyat arasında balans qurmasına kömək edib.

Birləşmiş Ərəb Əmirlikləri

Orta həftəlik iş vaxtı: 52,6 saat

Orta aylıq maaş: 10 710 dirhəm (təxminən 4 960 manat)

2022-ci ildən dövlət qulluqçuları qısaldılmış iş qrafiki ilə işləyirlər.

Şarca əmirliyi isə dövlət sektorunda tam 4 günlük iş həftəsinə keçib.

Fransa

Orta həftəlik iş vaxtı: 36,2 saat

Orta aylıq maaş: 2 450 avro (təxminən 4 900 manat)

2024-cü ildən dövlət qulluqçularının bir hissəsi üçün 4 günlük iş həftəsi sınaqdan keçirilir.

İş saatları azalmır, sadəcə digər günlərə bölüşdürülür.

Bəzi şirkətlər gəlirlərinin artdığını da açıqlayıblar.

Yaponiya

Orta həftəlik iş vaxtı: 32,3 saat

Orta aylıq maaş: 300 100 yen (təxminən 3 470 manat)

2025-ci ildən Tokio şəhərində dövlət qulluqçularına həftədə 4 gün işləməyə icazə verilib.

Hakimiyyət hesab edir ki, daha çevik iş qrafiki ailə qurmağa və uşaq sahibi olmağa marağı artıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri