Icma.az
close
up
RU
Hansı peşələr sağlamlıq üçün təhlükəlidir? Baş direktor DANIŞIR...

Hansı peşələr sağlamlıq üçün təhlükəlidir? Baş direktor DANIŞIR...

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Peşə xəstəlikləri müasir dövrdə əmək mühitinin ən aktual sağlamlıq problemlərindən biri hesab olunur. Ağır və zərərli istehsalat sahələrində çalışan şəxslər müxtəlif kimyəvi, toksik və fiziki amillərin təsirinə məruz qalırlar ki, bu da zamanla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınmasında kimyəvi-toksikoloji müayinələrin rolu xüsusi əhəmiyyət daşıyır.

Lent.az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova medianın suallarını cavablandırıb.

– Peşə xəstəlikləri nədir?

– Peşə xəstəlikləri iş mühitində ağır, zərərli və təhlükəli istehsalat amillərinin uzunmüddətli təsiri nəticəsində yaranan, peşə fəaliyyəti ilə birbaşa əlaqəli xəstəliklərdir. Bu xəstəliklər işçinin zərərli istehsalat amillərinə məruz qalması nəticəsində əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə səbəb olur.

Peşə xəstəliklərinin yaranmasının əsas səbəbləri kimyəvi-toksik maddələr, istehsalat tozları, səs-küy, vibrasiya, radiasiya, yüksək və ya aşağı temperatur, həddindən artıq fiziki gərginlik və digər zərərli amillərdir. Bu amillərə uzunmüddətli məruz qalma orqanizmin normal fəaliyyətini pozur və peşə xarakterli xəstəliklərin yaranma riskini artırır.

Peşə xəstəliklərinin qarşısının alınması üçün iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. İş yerlərinin düzgün havalandırılması, fərdi mühafizə vasitələrindən istifadə və iş rejiminin normativ tələblərə uyğun təşkili daim nəzarətdə saxlanılmalıdır.

– Hansı peşələr sağlamlıq üçün təhlükəli hesab olunur?

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında” 14 yanvar 2002-ci il tarixli Qərarına əsasən nəşriyyat, kimya sənayesi, maşınqayırma, kənd təsərrüfatı, neft emalı, metallurgiya, dağ-mədən sənayesi, tikinti, yüngül və ağır sənaye sahələri peşə xəstəlikləri riskinin yüksək olduğu istiqamətlər kimi müəyyən edilib.

Peşə xəstəlikləri əsasən ağır, zərərli və təhlükəli istehsalat şəraitində çalışan şəxslərdə müşahidə olunur. Risk qrupuna daha çox mədən və dağ-mədən sahəsində çalışan kömür mədənçiləri və karxana işçiləri, tikinti sektorunda çalışan inşaat fəhlələri və sement ustaları, metallurgiya və sənaye müəssisələrində çalışan qaynaqçılar və metaləritmə işçiləri daxildir.

Bununla yanaşı, kimya sənayesində boya istehsalı və laboratoriya işçiləri, kənd təsərrüfatında pestisidlərlə işləyən fermerlər, nəqliyyat sahəsində uzun müddət fəaliyyət göstərən sürücülər, tibb işçiləri, eləcə də ağır fiziki əməklə məşğul olan anbar işçiləri və yükləyicilər də yüksək risk altındadırlar. Bu şəxslər toz, kimyəvi maddələr, səs-küy, vibrasiya və ağır fiziki yüklənmə kimi zərərli amillərin təsirinə məruz qalaraq müxtəlif peşə xəstəliklərinə tutula bilərlər.

– Peşə xəstəlikləri ilə bağlı kimyəvi-toksikoloji müayinələrin aparılması nə üçün vacibdir?

– Peşə xəstəlikləri ilə bağlı kimyəvi-toksikoloji müayinələrin aparılması işçilərin sağlamlığının qorunması və təhlükəsiz əmək fəaliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bir sıra peşə xəstəlikləri ilkin mərhələlərdə gizli simptomlarla müşayiət olunur və zərərli istehsalat amillərinin orqanizmə davamlı təsiri nəticəsində zamanla inkişaf edərək ciddi patoloji dəyişikliklərə və ağırlaşmalara səbəb olur.

Kimyəvi-toksikoloji müayinələr vasitəsilə zərərli iş şəraitinin insan orqanizminə təsiri vaxtında müəyyən edilir, xəstəliklər erkən mərhələdə aşkar olunur və müvafiq müalicə tədbirləri həyata keçirilir. Bu müayinələr işçilərin əmək qabiliyyətinin qorunmasına, peşə xəstəlikləri riskinin azaldılmasına və əmək məhsuldarlığının artırılmasına xidmət edir.

– Səhiyyə Nazirliyinin Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasında zəhərli maddələrin aşkarlanması üçün hansı bioloji nümunələrdə tədqiqatlar aparılır?

– Hazırda laborator müayinələr əsasən qan və sidik nümunələri üzərində aparılır. Bu müayinələr ağır, zərərli və təhlükəli istehsalat sahələrində çalışan işçilərdə ağır metalların, uçucu-zəhərləyici maddələrin, pestisidlərin və digər toksik maddələrin mövcudluğunu müəyyən etməyə imkan verir.

Kimyəvi-toksikoloji tədqiqatlar yalnız zəhərli maddələrin orqanizmdə mövcudluğunu deyil, həm də onların dəqiq konsentrasiyasını müəyyən etməyə imkan yaradır ki, bu da xəstəliyin peşə xarakterinin təsdiqlənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Yaxın gələcəkdə laboratoriyada saç və dırnaq nümunələri üzərində də bu müayinələrin aparılması nəzərdə tutulur.

– Peşə xəstəliklərinin qarşısının alınmasında kimyəvi-toksik maddələrin monitorinqi nə üçün vacibdir?

– Ağır metallar, uçucu-zəhərləyici maddələr və pestisidlər yüksək toksikliyə malik, xüsusi təhlükə yaradan maddələrdir. Bu maddələrə uzunmüddətli məruz qalma sinir sistemi, ürək-damar sistemi və tənəffüs orqanlarına ciddi zərər vurur, həmçinin qaraciyər və böyrəklərin funksiyasını zəiflədir.

Kimyəvi-toksik maddələrin monitorinqi işçilərin sağlamlığında baş verən dəyişiklikləri vaxtında aşkar etməyə, orqanizmin zəhərli maddələrə məruz qalma səviyyəsini izləməyə və peşə xəstəliklərinin erkən mərhələdə qarşısını almağa imkan verir.

– Səhiyyə Nazirliyinin Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasında kimyəvi-toksikoloji tədqiqatlar hansı üsullarla aparılır?

– Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyada ağır metallar, pestisidlər və uçucu-zəhərləyici maddələrlə bağlı laborator tədqiqatlar yüksək dəqiqlik və həssaslığa malik müasir cihazlarla həyata keçirilir.

Bunlara plazma ilə induktiv əlaqəli kütlə spektrometriyası cihazı (ICP-MS), qaz xromatoqrafı (GC), kütlə spektrometriyalı qaz xromatoqrafı (GC-MS), ikiqat kütlə spektrometriyalı qaz xromatoqrafı (GC-MS/MS) və ikiqat kütlə spektrometriyalı maye xromatoqrafı (LC-MS/MS) daxildir.

Əldə olunan etibarlı nəticələr əsasında ağır metallar və digər toksik maddələrlə təmasda olan şəxslərin sağlamlıq vəziyyətini izləmək, risk faktorlarını erkən mərhələdə müəyyən etmək mümkün olur.

– Peşə xəstəliklərinin qarşısının alınması və müalicəsində Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyanın rolu nədən ibarətdir?

– Laboratoriyamızda müasir tədqiqat üsullarından istifadə etməklə ağır, zərərli və təhlükəli istehsalat sahələrində çalışan işçilərin bioloji nümunələrində – əsasən qan və sidikdə – zərərli kimyəvi və toksik maddələrin, pestisidlərin və ağır metalların səviyyəsi müəyyən edilir.

Aparılan kimyəvi-toksikoloji tədqiqatların nəticələrinə əsasən işçilərin zərərli amillərə məruz qalma dərəcəsini qiymətləndirmək, intoksikasiya əlamətlərini vaxtında aşkar etmək və profilaktik tədbirlərin görülməsini təmin etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri