Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Hansı xarici diplomlar Azərbaycanda tanınmır? EKSPERT DANIŞIR

Hansı xarici diplomlar Azərbaycanda tanınmır? EKSPERT DANIŞIR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

“Dünyada texnologiya və rəqəmsal transformasiya ilə inkişaf edən onlayn təhsilin tanınmaması Azərbaycan təhsil siyasətini bir qədər arxa plana atır və tələbələri xarici imkanlardan yararlanmaqdan məhrum edir”.

Bu fikirləri Lent.az-a danışan təhsil eksperti Kamran Əsədov səsləndirib.

Azərbaycanda xarici ali təhsil ixtisaslarının tanınması məsələsinə "fərdi qaydada" baxılır, buna görə də diplomları tanınan təhsil müəssisələrinin "vahid siyahısı" yoxdur.

Xarici ölkədə distant, əyani-qiyabi (tədrisin müəyyən hissəsinin əyani, digər hissəsinin isə qiyabi əsaslarla aparıldığı təhsilalma forması), eksternat və ya fərdi təhsilalma forması ilə aldığınız təhsil Azərbaycanda tanınmayacaq. Xarici ölkələrdə alınan diplomların ölkəmizdə tanınması prosesinə nəzarət edən Təhsildə Keyfiyyət Təminatı Agentliyi bildirir ki, bu təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb.

Kamran Əsədov məsələ ilə bağlı fikir bildirib ki, Azərbaycanda onlayn təhsil diplomlarının tanınmaması, müasir qlobal təhsil reallıqlarını nəzərə alanda əhəmiyyətli bir məhdudiyyət kimi qəbul edilməlidir: 

“Pandemiya ilə sürətlə inkişaf edən texnologiya sayəsində onlayn təhsil keyfiyyətli və effektiv bir seçim olaraq qəbul edilir. Ancaq bu formanın Azərbaycanda qeyri-müəyyən səbəblərlə tanınmaması, bir çox tələbənin təhsilini etibarlı şəkildə başa vurmaq üçün sərf etdiyi səyləri və əldə etdiyi nailiyyətləri etibarsızlaşdırır”.

Ekspert onlayn təhsilin tanınmasının tərəfdarı olmaq üçün bir neçə əsas səbəb irəli sürüb:

“Əvvəla, dünya təcrübəsində onlayn təhsil artıq keyfiyyətli akademik standartlara cavab verən təhsil növü kimi geniş qəbul olunur. Amerika və Avropa ölkələri, xüsusilə İngiltərə, Avstraliya və Kanada, akkreditasiya olunmuş onlayn proqramları ənənəvi təhsillə bərabər tuturlar. Məsələn, ABŞ-da geniş tanınan və nüfuzlu akkreditasiya təşkilatları olan "Higher Learning Commission" və "Distance Education Accrediting Commission" kimi qurumlar onlayn təhsil proqramlarına sertifikatlaşdırma verərək, bu diplomları ənənəvi diplomlarla eyni dərəcədə etibarlı sayır. Bu ölkələrdə diplomlar akkreditasiyadan keçdiyi təqdirdə, iş bazarında və akademik dairələrdə tanınır”.

Onun sözlərinə görə, Azərbaycanda onlayn təhsil diplomlarının tanınmaması, tələbələrin karyera və akademik irəliləyişlərinə mane olur: 

“Çünki bir çox tələbə, xüsusilə də ailəsi olanlar və ya tam iş qrafikində çalışanlar üçün, onlayn təhsil həm iqtisadi cəhətdən daha əlverişli, həm də vaxt baxımından səmərəlidir. Pandemiya dövründə, xüsusilə 2020-2021-ci illərdə, dünya üzrə onlayn təhsil zəruri hala gəldi və bir çox universitetlər öz proqramlarını tamamilə onlayn formatda davam etdirdilər. Lakin, pandemiyadan sonra belə, dünyanın bir çox nüfuzlu universitetləri – məsələn, Harvard, Oxford, Stanford kimi müəssisələrdə onlayn proqramları davam edir və diplomları ənənəvi təhsil qədər tanınır”.

Təhsil eksperti qeyd edib ki, onlayn təhsilin tanınmasının əsas səbəblərindən biri də texnologiya vasitəsilə təmin edilən yüksək təhsil keyfiyyətidir:

“İnteraktiv dərs metodları, tələbələrin onlayn platformalarda müzakirə imkanları və fərdi şəkildə təhsil almaq üstünlükləri, müasir onlayn təhsili geniş mənada səmərəli edir. Üstəlik, tələbələrin xarici ölkələrdə təhsil üçün geniş maliyyə vəsaiti və zaman sərf etmələri tələb olunmur. Bunun əvəzinə, təhsil uzaq məsafədən alınır və tələbələr ölkəyə qayıtdıqda karyera və akademik fəaliyyətlərinə tez başlaya bilirlər.

Bununla belə, Azərbaycanın mövcud qanunvericiliyi xaricdə onlayn təhsil alan tələbələrdən fiziki olaraq ölkədə təhsil aldıqlarını sübut edən sənədlər, məsələn, gediş-gəliş biletləri və yaşayış yerlərini təsdiq edən sənədlər tələb edir. Bu, tələbələrin müasir qlobal təhsil səviyyəsindən geri qalmasına səbəb olur. Dünyada texnologiya və rəqəmsal transformasiya ilə inkişaf edən təhsil sahəsinə görə, onlayn təhsilin tanınmaması Azərbaycan təhsil siyasətini bir qədər arxa plana atır və tələbələri xarici imkanlardan yararlanmaqdan məhrum edir”. 

“Azərbaycanın onlayn təhsil diplomlarına daha açıq yanaşması, ölkənin qloballaşan təhsil sektorunda mövqeyini gücləndirəcək və beynəlxalq əmək bazarına uyğunlaşmış, rəqabətə davamlı bir təhsil sistemi yaratmağa kömək edəcəkdir. Tələbələrin dünyanın aparıcı universitetlərində aldıqları onlayn təhsil, ölkənin intellektual potensialını artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir təhsil mərkəzinə çevrilməsinə dəstək ola bilər”, - deyə o əlavə edib.


Bəs xarici ölkədə əldə edilən diplomun Azərbaycanda tanınması üçün nə edilməlidir?

Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir. Ərizələrin qəbulu yalnız elektron qaydada, agentliyin saytındakı şəxsi kabinet vasitəsilə həyata keçirilir. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür.

Ən çox imtina edilən təhsil müəssisələri isə aşağıdakılardır:  

- Regionlarası Heyətin İdarəolunması Akademiyası (Ukrayna)
- S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti (Ukrayna)
- İvanovo Dövlət Universiteti (Rusiya Federasiyası)
- Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası (Ukrayna)
- Karazin adına Xarkov Milli Universiteti (Ukrayna)
- Dağıstan Dövlət Pedaqoji Universiteti (Rusiya Federasiyası)
- Poltava İqtisadiyyat və Ticarət Universiteti (Ukrayna)
- Avropa Universiteti (Gürcüstan)
- Gürcüstan Texniki Universiteti (Gürcüstan)
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Noyabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri