Icma.az
close
up
RU
Hansı sahələrdə məhkəmə ekspertizasına böyük ehtiyac olur?

Hansı sahələrdə məhkəmə ekspertizasına böyük ehtiyac olur?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özəl məhkəmə ekspertizası institutunun tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası tərəfindən vəkillər arasında birgə onlayn sosioloji sorğu keçirilib.

Bu barədə Azpost.info-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sorğunun əsas məqsədi bu sahədə mümkün risklərin qiymətləndirilməsi, mövcud təşkilati və metodiki çatışmazlıqların müəyyən edilməsi, həmçinin praktikada daha çox ehtiyac duyulan ekspertiza sahələrinin dəqiqləşdirilməsi olub.

Sorğuda iştirak edən vəkillərin 82,1%-i mülki, 51,4%-i cinayət, 46,4%-i isə inzibati və kommersiya mübahisələri sferasında daha çox fəaliyyət göstərən vəkillərdir. Statistikaya əsasən, respondentlərin 83,2%-i fiziki şəxslərin, 49,7%-i hüquqi şəxslərin (şirkətlərin), 6,1%-i dövlət orqanlarının hüquqlarını müdafiə edir, 17,9%-i isə dövlət hesabına hüquqi yardım göstərir.

İş stajına görə respondentlərin 24,6%-i 5 ilədək, 17,9%-i 6-10 il, 21,2%-i isə 11 ildən çox təcrübəyə malikdirlər.

Sorğunun nəticələrinə əsasən vəkillərin 40,3%-i il ərzində orta hesabla 15-50 aralığında məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verir ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində ekspertiza institutunun mühüm əhəmiyyətini bir daha təsdiq edir.

Sorğu çərçivəsində respondentlər məhkəmə ekspertizası fəaliyyətinin mövcud vəziyyətini qiymətləndirib, həmçinin özəl ekspertiza institutunun tətbiqinin mümkün nəticələri və perspektivləri ilə bağlı mövqelərini ifadə ediblər.

Sorğunun nəticələri göstərir ki, vəkillər özəl məhkəmə ekspertizası institutunun tətbiqinin bir sıra müsbət təsirlərə səbəb ola biləcəyini ehtimal edirlər. Belə ki, 45,8% respondent ekspertizanın icra müddətlərinin qısalacağını, 49,2% ekspert rəylərinin keyfiyyətinin yüksələcəyini, 58,7% bu sahədə rəqabət mühitinin formalaşacağını, 48% ekspert rəylərinə etimadın artacağını mümkün hesab edir.

Bununla yanaşı, respondentlər özəl məhkəmə ekspertizası institutunun tətbiqi nəticəsində mümkün ola biləcək müəyyən riskləri də qeyd ediblər. Belə ki, 34,1%-i tərəflər arasında prosessual bərabərsizliyin yarana biləcəyini, 32,4%-i maraqların toqquşmasını orta ehtimal kimi dəyərləndirib.

Sorğunun mühüm hissələrindən biri məhkəmə ekspertizası sahəsində ehtiyac duyulan istiqamətlərin müəyyən edilməsi olub.

Sorğunun nəticələrinə əsasən aşağıdakı ekspertiza sahələri yüksək və çox yüksək ehtiyac duyulan istiqamətlərdir:

yol-nəqliyyat hadisələri üzrə ekspertiza (70,9%) məhkəmə tikinti-texniki ekspertizası (69,3%) məhkəmə-mühasibat ekspertizası (62,6%) məhkəmə-əmtəəşünaslıq ekspertizası (59,2%) məhkəmə-psixoloji ekspertizası (57%) audio və videoyazıların məhkəmə ekspertizası (56,4%) məhkəmə kompüter-texniki ekspertiza (54,2%)

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Bundan əlavə, açıq sual formatında respondentlər siyahıda yer almayan, lakin zəruri hesab etdikləri sahələri də qeyd ediblər.

Bu istiqamətdə aşağıdakı ehtiyaclar xüsusilə vurğulanıb:

məhkəmə-psixiatrik ekspertiza xidmətlərinin inkişafı; məhkəmə-ballistik, trasoloji və narkoloji ekspertizalar; məhkəmə-tibb ekspertizası sahəsində özəl məhkəmə ekspertizası institutunun formalaşdırılması.

Sorğunun nəticələri məhkəmə ekspertizası sahəsində islahatların həyata keçirilməsi, özəl məhkəmə eksperti institutunun fəaliyyətə başlaması və məhkəmə ekspertizasının müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, əldə olunan nəticələr normativ-hüquqi bazanın təkmilləşdirilməsi və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əsaslı zəmin yaradır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri