Icma.az
close
up
RU
Hansı universitetə qəbul balları kəskin yüksəldi?

Hansı universitetə qəbul balları kəskin yüksəldi?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

II ixtisas qrupu üzrə keçid ballarında bu il ciddi dəyişiklik qeydə alınıb. Dövlət universitetlərinin bir sıra ixtisaslarında keçid balları ötən illə müqayisədə 40-50 baladək yüksəlib. Halbuki Dövlət İmtahan Mərkəzi əvvəlcədən II qrup üzrə ballarda cüzi azalma ola biləcəyini, artım gözlənilmədiyini açıqlamışdı.
Bəs keçid ballarının gözləniləndən fərqli olaraq kəskin yüksəlməsinə hansı amillər təsir edib?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Axar.az-a açıqlamasında təsdiqləyib ki, Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçid ballarının enəcəyinə dair makro proqnozlarına rəğmən, Sumqayıt Dövlət Universiteti kimi regional bir təhsil müəssisəsində balların 40-50 bal diapazonunda kəskin yüksəlməsi baş verib:

“Bu, əslində, makrostatistika ilə mikrososioloji reallıqlar arasındakı sistem uyğunsuzluğundan qaynaqlanır. Məsələyə elmi-analitik nəzərdən yanaşdıqda, bu, ilk növbədə, respublika üzrə bal trendinin bütün seqmentlərə bərabər paylanmaması, xüsusilə 200-400 bal arasında müşahidə olunan subnominal abituriyent sıxlığı ilə izah edilə bilər. Yəni 500-dən yuxarı bal toplayan abituriyentlərin sayının azalması ümumi statistik ortalamanı aşağı salsa da, orta bal toplayan abituriyentlərin çoxluğu lokal rəqabəti kəskinləşdirib”.
Təhsil eksperti Qoşqar Bəylərov isə saytımıza açıqlamasında qeyd edib ki, qəbul nəticələrinə baxdıqda II qrup üzrə keçid ballarının kifayət qədər aşağı düşdüyünü görürük:
“Hətta 150 balla qəbul halları da var. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, çünki abituriyentlərin hansı istiqamətdə və hansı universiteti seçəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək olmur. Ümumi plan yerlərinə uyğun qəbullardan danışılırdı və nəticə də belə olub.
 

Sumqayıt Dövlət Universitetində müəyyən ixtisaslar üzrə keçid ballarının 40-50 bal artması isə həmin ərazinin abituriyentlər üçün daha əlverişli olması ilə bağlıdır. Orada yaşamaq və təhsil almaq bir çoxları üçün daha münasib olduğundan, abituriyentlər özəl universitetlərə üz tutmaqdansa, həmin ərazidə yerləşən universitetlərə daha çox üstünlük veriblər.


Burada illik təhsil haqqının da ciddi təsiri var. Özəl universitetlərdə illik ödənişlər 2500-3000 manatdan başlayır və daha yüksək məbləğlər də mövcuddur. Sumqayıt Dövlət Universitetində isə bu məbləğ nisbətən aşağıdır və 1900 manat təşkil edir. Buna görə də abituriyentlər ödənişli ixtisas seçimində yüksək balla həmin yerləri seçim siyahısında daha əvvələ yazıblar. Bu da keçid ballarının artmasına gətirib çıxarıb. Burada əsas amillərdən biri illik təhsil haqqının məbləğidir”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri