Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Hansı zəhərlər dünyada ən güclü hesab olunur?

Hansı zəhərlər dünyada ən güclü hesab olunur?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təbii mənşəli olması maddənin təhlükəsizliyinə zəmanət vermir. Bəzi biotoksinlər mikrodozalarda belə iflic, orqan zədələnməsi və ölümə səbəb ola bilər. Təbiətdə insan orqanizminin həyati sistemlərini zədələyə bilən və çox az miqdarda belə ölümcül təhlükə yaradan toksinlər mövcuddur. Bu cür zəhərlər bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər tərəfindən əsasən yırtıcılardan qorunmaq məqsədilə istehsal olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər toksikliyi qiymətləndirməyin və müqayisə etməyin çətin olduğunu bildirirlər.

Zəhərin təsiri maddənin növündən, vəziyyətindən və orqanizmə hansı yolla daxil olmasından (ağız yolu ilə, nəfəs yolu ilə, damar daxilinə və s.) asılıdır. İstinad üçün adətən LD50 göstəricisindən istifadə edilir. Bu, təcrübə heyvanlarının yarısı üçün ölümcül sayılan dozanı (bədən çəkisinin hər kiloqramına düşən milliqram miqdarı) ifadə edir. Lakin bu cür müqayisələrin ehtiyatla aparılması tövsiyə olunur.

Məqalədə ən təhlükəli biotoksinlər sırasında tetrodotoksin də qeyd olunur. Bu zəhər əsasən bəzi balıqların (xüsusilə fugu balığının) qaraciyərində və cinsiyyət orqanlarında olur, həmçinin müəyyən amfibiyalarda, ahtapotlarda və molyusklarda da rast gəlinir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, zəhərlənmə adətən balığın orqanları düzgün hazırlanmadıqda və qida kimi qəbul edildikdə baş verir. Tetrodotoksin sinirlərdən əzələlərə siqnalların ötürülməsini bloklayır və iflicin tədricən artmasına səbəb olur.

Siyahıda abrin adlı toksin də yer alır. Bu maddə tropik bölgələrdə yayılan rozariya bitkisinin toxumlarında olur. Bildirilir ki, bir toxumun tərkibində yetkin insanı öldürə biləcək qədər abrin ola bilər. CDC-nin izahına əsasən, abrin hüceyrələrə daxil olaraq zülal sintezini dayandırır və nəticədə hüceyrələr məhv olur.

Materialda ayrıca botulotoksinə də diqqət çəkilir. Bu toksin oksigenin az olduğu şəraitdə Clostridium botulinum bakteriyası tərəfindən istehsal olunur. Botulotoksinlər sinir funksiyalarını bloklayır və əzələlərin, eləcə də tənəffüsün iflicinə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, botulotoksinlər bu günə qədər məlum olan ən ölümcül maddələr sırasındadır. Botulizm ən çox düzgün emal olunmayan qidalarla bağlı qida zəhərlənməsi kimi tanınsa da, körpələrdə infeksiya, yaraların yoluxması və toksinin nəfəs yolu ilə qəbul edilməsi kimi digər yollar da qeyd olunur.

Dəniz toksinləri arasında maytotoksin də göstərilir. Bu maddə tropik və subtropik Sakit okean bölgələrində yaşayan Gambierdiscus toxicus adlı dinoflaqellat tərəfindən istehsal olunur. Maytotoksin tərkibli tropik rif balıqlarının yeyilməsi siquatera zəhərlənməsi ilə əlaqələndirilir. Həmçinin vurğulanır ki, bu toksin hüceyrə funksiyalarına təsir göstərə bilər.

Məqalənin ayrıca bölməsində göbələk zəhərlərinə toxunulur. Yaşıl milçəkqıran (Amanita phalloides) dünyada göbələkdən baş verən ölüm hallarının təxminən 90 faizi ilə əlaqələndirilir.

Göbələk bir neçə toksin sinfi istehsal edir və ən ölümcül maddə kimi α-amanitin göstərilir. Bildirilir ki, “ölümcül göbələyin” qəbul edilməsi 1–7 gün ərzində qaraciyər və böyrək çatışmazlığına, ensefalopatiyaya və ölümə gətirib çıxara bilər.

Siyahıda həmçinin naparstyanqa (Digitalis) bitkisindən əldə edilən diqoksin/diqitoksin də yer alır. Bu maddələr ağız yolu ilə qəbul edildikdə ölümcül ola bilər. Mümkün əlamətlər kimi ürəkbulanma, qusma, ishal, şüurun qarışması, görmə pozuntuları və ürək ritmində pozulmalar qeyd olunur.

Ən zəhərli mikotoksinlərdən biri sayılan aflatoksinlər də xatırladılır. Onlar Aspergillus flavus və Aspergillus parasiticus göbələkləri tərəfindən istehsal olunur, müxtəlif kənd təsərrüfatı məhsullarını (taxıl, yağlı bitkilər, ədviyyatlar, qoz-fındıq) çirkləndirə bilir və bu cür yemlə qidalanan heyvanların südünə də keçə bilər. ÜST bildirir ki, yüksək dozalar qaraciyərin zədələnməsi nəticəsində kəskin zəhərlənmə yarada bilər.

Bitki mənşəli zəhərlər arasında strixnin də qeyd olunur. Onun mənbəyi Hindistan və Cənub-Şərqi Asiyada yayılan Strychnos nux-vomica ağacıdır. CDC-nin məlumatına görə, strixninin az miqdarı belə ciddi fəsadlara səbəb ola bilər. Maddənin təsiri sinir sisteminə yönəlir və güclü spazmlarla müşayiət olunur.

Materialda batrakotoksin də ən təhlükəli zəhərlər sırasına daxil edilib. Bu toksin Phyllobates cinsinə aid zəhərli ağac qurbağaları tərəfindən ifraz olunur, eyni zamanda bəzi quşların lələklərində və dərisində də aşkarlanır. Məqalədə batrakotoksinin ürək çatışmazlığı, sinir sisteminə təsir, iflic və qıcolmalarla əlaqələndirildiyi bildirilir.

Siyahının sonunda risinə də yer verilir. Bu maddə gənəgərçək (Ricinus communis) toxumlarından əldə olunur. Qeyd edilir ki, kastor yağının istehsalı zamanı istilik risini deaktivasiya etdiyinə görə yağın istifadəsi təhlükəsiz sayılır. Minnesota Səhiyyə Departamentinin məlumatına əsasən, risinlə təsadüfi zəhərlənmə “çox az ehtimal olunur”. Həmçinin Toxicon jurnalında (2021) dərc olunan araşdırmada 1980-ci ildən bəri 50 risin zəhərlənməsi halının qeydə alındığı və bunlardan 6-nın ölümlə nəticələndiyi vurğulanır.

Mütəxəssislər naməlum göbələk və bitkilərin qida kimi istifadəsindən çəkinməyi, ərzaqların saxlanmasına ciddi nəzarət etməyi və bir məqamı unutmağı tövsiyə edirlər: təbii mənşəli olması maddənin təhlükəsiz olması demək deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri