Icma.az
close
up
RU
Özəl, yoxsa dövlət universiteti Hansını seçməli?

Özəl, yoxsa dövlət universiteti Hansını seçməli?

Icma.az, Metbuat saytına istinadən bildirir.

Bir çox abituriyentlər özəl universitetlərdə təhsil almağa tərəddüd edir, hətta bundan çəkinirlər. Bəs buna səbəb nədir?

Təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, abituriyentlərin özəl universitetdə oxuyub-oxumaması daha çox həmin universitetlərin təhsil səviyyəsi və iş bazarındakı mövqeyinə bağlıdır.

O, bütün özəl universitetləri eyni standartla qiymətləndirməyi düzgün hesab etməyib:

“Universitetlər arasında kifayət qədər yüksək ballı abituriyentlərin üstünlük verdiyi özəl ali məktəblər də var. Artıq dünyada “özəl” və “dövlət” anlayışları o qədər də önəm daşımır. Burada əsas məsələ keyfiyyətli təhsil verən və verməyən, məzunları yüksək göstəricilərə sahib olan və olmayan universitetlər arasındakı fərqdir. Dünyanın ən reytinqli 100 universiteti arasında bəlkə də 70-80 faizi özəldir. İstər dünyada, istərsə də qardaş Türkiyədə müqayisə aparsaq, əsas məsələ hansı universitetin həmin ixtisası daha yaxşı öyrətməsidir. Burada universitetin mülkiyyət forması – dövlət, özəl və ya dövlət proqramı olması həlledici deyil. Azərbaycanda da özəl universitetlərin hamısı eyni keyfiyyətdə və eyni statusda deyil, aralarında fərqlər var”.

Ekspertin sözlərinə görə, cəmiyyətdə belə bir stereotip mövcuddur ki, guya özəl universitet məzunlarının diplomu onların bacarıqlarına uyğun gəlmir, amma dövlət universitetində oxuyanlar daha uyğun bacarıqlara sahib olur:

“Halbuki özəl sektor üçün əsas məsələ universitetin diplomundan çox, məzunun malik olduğu bilik və bacarıqlardır. Yəni, özəl universitetdə oxuyub kifayət qədər yüksək göstəricilərə sahib olan məzunlar da var, ən reytinqli dövlət universitetində oxuyub çox az bilik və bacarıq qazananlar da. Bu, daha çox şəxsi keyfiyyətdən asılıdır. Valideynlərdə özəl universitetin bağlanma ehtimalı və ya təhsil keyfiyyətinin zəif olması ilə bağlı narahatlıq ola bilər. Çünki Azərbaycanda bir neçə il əvvəl təhsil səviyyəsi çox aşağı olan bəzi özəl universitetlər bağlandı. Məsələn, Azərbaycan Beynəlxalq Universiteti və Təfəkkür Universiteti kimi nümunələr var. Amma digər tərəfdən, Xəzər Universiteti, Qərb Universiteti kimi özəl ali məktəblər Dövlət Universitetinə rəqabət apara bilir. Son illərdə Azərbaycan Universiteti və Bakı Avrasiya Universitetini də bu siyahıya daxil etmək olar. Onlar kifayət qədər müsbət addımlar atır və rəqabət qabiliyyətlərini artırırlar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri