Icma.az
close
up
RU
“Hansısa arxalı oğlan Çindən gətirdiklərini burada birləşdirib adını istehsal qoyub?!”

“Hansısa arxalı oğlan Çindən gətirdiklərini burada birləşdirib adını istehsal qoyub?!”

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Azərbaycanda ən sevdiyim məsələlərdən biri rəsmi statistikada “eşələnməkdir”, rəqəmləri sevən, rəqəmlərlə işləməyi bacaranlar üçün istənilən kitabdan, kinodan, konsertdən daha əyləncəli bir məşğuliyyətdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
“Rəsmi xəbər, statistik məlumat: Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 463 ədəd notbuk istehsal edilib. Təkcə oktyabrda isə 24 033 ədəd notbuk istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3 433 dəfə (bir daha, DƏFƏ) çoxdur.
Keçək tərcüməyə. Hökumətin rəsmi qurumu deyir ki, bu ilin, yəni, 2025-ci ilin yanvar-sentyabr aylarında, ilk 9 ayda cəmi 1430 notbuk istehsal olunub. Birdən nəsə baş verib, möcüzə olub və oktyabr ayında 24033 ədəd notbuk istehsal ediblər (kim edib, necə edib – bunu demirlər). Onu da qeyd ediblər ki, məsələn, 2024-cü ilin oktyabr ayında cəmi 7 ədəd (bəli-bəli, yeddi ədəd) notbuk istehsal edilibmiş, bu ilin oktyabrında birdən-birə bu rəqəm 24033 ədəd olub. Yaxşı, oktyabrda yeni müəssisə açılıbmı – yox, oktyabrda hardasa qırmızı lent kəsilibmi – yox, bəs bu nə möcüzədir?! Bu notbukları kim və harada istehsal edir? Yoxsa bu sahə də avtomobil kimidir – hansısa ağıllı, arxalı oğlan Çindən notbukun korpusunu ayrı, batareykasını ayrı gətirib, burada birləşdirib adını istehsal qoyub?! Məntiqlə, oktyabrda 24033 ədəd kompyuter istehsal edilibsə, bu sahədə onlarla yeni iş yeri yaranmalı, yeni müəssisələr açılmalı idi, axtarın-görün belə bir məlumat qarşınıza çıxacaqmı?!
Azərbaycanda “vintaçanla istehsal modeli” çoxdan var, sadəcə bu notbuk işində “barıtını” çox ediblər, ya da, kaş ki, mən yanılım, çıxsınlar desinlər ki, səhv edirsiz, bu istehsaldı, özümüz komponentlər istehsal edirik, çip düzəldirik, zavodumuz bu, işçi sayımız bu qədərdir.
Ölkədə “Kür” adlı bir müəssisə var idi, son məlumata görə orada istehsal çoxdan dayanmışdı, cəmi 2 işçi qalmışdı, onlardan da biri qarovulçu idi. Çox güman, elə həmin qarovulçu vintaçanla da işləməyi bacaran olub, korpusa batareykaları bağlayıb, digər işçi də də onları qutulara yığıb, adını da qoyublar istehsal.
“Keçmişdə zavodun 100-dən artıq işçisi olub, hazırda isə işçilərin sayı 2-yə bərabərdir. Zavod bağlanmayıb, yalnız istehsal dayanıb. 2018-ci ildə özəlləşdirilib. Yeni sahibi hələ ki, fəaliyyəti bərpa etməyib”, — deyə zavodun keçmiş direktoru Rizvan Osmanov bir neçə il öncə bildirib”, - N. Cəfərli yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri