Icma.az
close
up
RU
Haqq sevdalı Borçalı şairi

Haqq sevdalı Borçalı şairi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuduğumuz vaxtlarda Allahverdi Təkləlini öz aramızda “Xaqan” çağırırdıq. Bu oxşama onun ruhunu elə ifadə edirdi ki, indi, illər ötəndən sonra da, az qala bütün ədəbi cameə onu məhz belə tanıyır.

Bu müraciət, sadəcə, bir tələbə zarafatı deyildi; Allahverdinin hələ o illərdə özündə daşıdığı, hər kəsə hiss etdirdiyi qədim və sarsılmaz qarapapaq vüqarının, sufi müdrikliyinin, söz üzərindəki mənəvi hakimiyyətinin adı idi.

Borçalı mahalı tarix boyu Azərbaycan mədəniyyətinə ustad şairlər, söz sərrafları bəxş edib. Bu qədim və zəngin ədəbi mühitin müasir dövrdə ən ləyaqətli davamçılarından biri o məkanın sakral yükünü öz çiyinlərində daşıyan, adı Tiflisin ədəbi mənzərəsi ilə bütövləşən şair Allahverdi Təkləlidir.

Allahverdinin dili əcdadların yaddaşından süzülüb gələn elat enerjisi ilə doludur. O, “arxaikləşmiş” sözləri və etnoqrafizmləri sadəcə işlətmir, qəribə bir ustalıqla onu bədii təfəkkürün ən üst qatına, məcaz müstəvisinə qaldırmağı bacarır. Bu sözlər onun qələmində yağışdan sonra durulmuş göy üzü kimi təmizlənir, parlayır və sehrli bir mahiyyət qazanır. Sənətkar sanki arxeoloq dəqiqliyi ilə yaddaşın alt qatlarından çıxardığı, qədim ifadələri müasir poeziyanın estetik libasına bürüyərək bizə yenidən təqdim edir.

Təkləli, handa alp yaşım,
Dostun halalıdı başım.
Haqdan bəlalıdı başım,
Başımda haqq sevdası var.

Allahverdi Təkləli müasir ədəbi prosesdə, sadəcə, bir imza deyil, bütöv bir mədəni missiyanın daşıyıcısıdır. O, texnoloji qloballaşmanın və standartlaşmış duyğuların hakim olduğu bir dövrdə, sözü öz ilkin, bakirə və müqəddəs məqamına qaytaran nadir sənətkarlardandır. Onun şeiri müasir oxucu üçün həm də bir yaddaş təzələnməsidir; biz onun misralarında unudulmağa üz tutmuş milli kodlarımızın bədii intibahını görürük.

Allahverdinin müasir ədəbiyyatdakı yeri, əslində, keçmişlə gələcək arasında qurulmuş möhkəm körpü rolundadır. O, klassik qoşma və gəraylı qəliblərini dövrün intellektual ağrıları ilə elə ustalıqla doldurur ki, heç vaxt köhnəlməyən ənənə müasir insanın, bir növ, ruhsal ehtiyacına çevrilir. İstər klassik üslubda qələmə aldığı yazılarında, istərsə də “sərbəst” şeirlərində Təkləli sübut edir ki, milli köklərə sadiqlik bədii müasirliyin ən güclü qaynaqlarından biridir.

Allahverdi Təkləlinin zahirən dağı-daşı yerindən oynadacaq ləngəri təbiətindəki qəribə bir uşaq məsumluğu və kövrəkliyi ilə çulğaşır. Hərdən mənə elə gəlir ki, böyük sənətkar Ümmət Qaracaya xitabən yazdığı məşhur şeirindəki uşaq elə onun özüdür:

Bir uşaq rəsmi çək, Ümmət Qaraca,
Buludun üstüylə qaçan bir uşaq...
Xiffəti iməkdən təzə day duran,
Özünə gecələr vətən uyduran,
Gilənar çiçəyi açan bir uşaq...

Allahverdi Təkləlinin ömür yolu və yaradıcılığı, eyni zamanda, bir millətin mədəni varlığını spesifik məkanda qorumaq uğrunda verilən fədakar ziyalı mübarizəsinin möhrünü daşıyır.

Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan ədəbiyyatı bölməsinin yaradılması birbaşa onun əməyinin nəticəsidir. Bölmənin sədri kimi, Tiflisin bir vaxtlar gur olan, lakin zamanla sönməyə başlayan ədəbi ocağını yenidən alovlandırmaq görəvi də onun üzərindədir. Onu və əhatəsindəki dostlarımızı ən gözəl tərəflərindən xarakterizə edən və ucaldan həm də bütöv bir ədəbi mühiti ayaqda tutmaq iradəsidir.

Heç bir kənar kömək və maddi dəstək olmadan, bölmənin bütün işlərini təkbaşına nizamlaması Allahverdi Təkləlinin ana dilinə və soykökünə sonsuz bağlılığından xəbər verir. O həm rəhbər, həm təşkilatçı, həm də yaradıcı insan missiyasını öz çiyinlərində təmənnasız daşıyır.

Onun fəaliyyətinin ən mühüm bəhrələri təsis etdiyi “Şəfəq” (Sxivi) və “Körük” jurnallarıdır. Bu nəşrlər Gürcüstanda yaşayan soydaşlarımızın ədəbi tribunasına çevrilib. Jurnalların redaktəsindən tutmuş, dizaynı və çapına qədər hər bir xırda detal şairin əlindən keçir. Bu, sadəcə, bir nəşr fəaliyyəti deyil, milli kimliyin və söz sənətinin yaşadılması üçün qurulmuş bir mənəvi qaladır. Tiflis ədəbi mühitinin dirçəldilməsi naminə gördüyü işlər onun ömür kitabının ən şərəfli səhifələrindəndir.

Adamın inanmağı gəlmir, amma bu günlərdə gözəl sənətkar Allahverdi Təkləlinin 70 yaşı tamam olur. Bilənlər bilir ki, keşməkeşli bir həyat yaşayıb, amma heç vaxt uca Yaradana asi düşməyib, əyilməyib, sınmayıb, alnıaçıq, üzüağ bu yaşa gəlib çatıb; istər ictimai xadim, istərsə də bir sənətkar kimi özündən sonrakılara örnək olub.

Şair dostumuzun yeni yaşını ürəkdən təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Yubilyar şairin 2 şeirini oxuculara təqdim edirik:

Hələ də başımda bir gül eşqi var
Qonubdu bir gülə quşum o vaxtdan,
Qayıtmır yerinə huşum o vaxtdan.
Güllə uğraşmaqdı işim o vaxtdan,
Hələ də başımda bir gül eşqi var.
Hələ də başımda bir gül eşqi var,
Könlüm gülə sarı uçundu elə.
Bəlkə də ömrümüz bir gül eşqinin
Oduna tutuşmaq üçündü elə.
Hələ də başımda bir gül eşqi var,
Bir gül uğrunadı davam hələ də.
Hamının havası dəyişdi, mənim
A ana, həməndi havam hələ də.
Günü axşam etdim güllə uğraşıb,
Qıyıb da bir gülə – dəyişəmmirəm.
Hələ də başımda bir gül eşqi var,
Hələ də bir gilə dəyişəmmirəm.
Beləcə, bir gülün eşqi başımda,
Ömrü sətir-sətir naxışlayıram.
Dünyada hamının günahlarını,
Bir gülün xətrinə bağışlayıram.

Gözlər

Yan baxıb könlümü girov götürdü,
Elə bil bir qırğı bir ov götürdü.
Birdən axirəti alov götürdü,
Yandırdı gorunda atamı gözlər.
Dağ necə dumanı yal üstə tutur,
Gül necə arını bal üstə tutur,
Elə bil oğurluq mal üstə tutur,
Qəfil yaxalayır adamı gözlər.
Təkləli, sözünü xələt eləməz,
Özünü yel kimi bələd eləməz,
Əzrayıl da elə qələt eləməz,
Necə ki can alır badamı gözlər.

Etimad BAŞKEÇİD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri