Icma.az
close
up
RU
Haqq uğrunda mübarizə aparanda haqsızlığa yol vermək olmaz Dosent ADNSU rəhbərliyini müdafiə etdi

Haqq uğrunda mübarizə aparanda haqsızlığa yol vermək olmaz Dosent ADNSU rəhbərliyini müdafiə etdi

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Mən, Əliyev Teyyub Qəni oğlu, 1972-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) fərqlənmə diplomu ilə bitirmişəm və 1986-ci ilin noyabr ayından indiyə qədər bu təhsil ocağında dosent vəzifəsində işləyirəm. Bu müddət ərzində, səhv etmirəmsə, müxtəlif adlar altında fəaliyyət göstərən indiki ADNSU-ya 9 rektor (rektor əvəzi) rəhbərlik edib. Hər kəsə məlumdur ki, ADNSU nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eləcə də dünyada məşhur elm və təhsil ocağı, yüksək ixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi kimi, özünün dünya şöhrətli alimləri ilə tanınıb. Bu universitet həmizə yüksək nizam-intizamı, yüksək təhsil səviyyəsi, normal sosial-psixoloji mühitin bərqərar olduğu (bəzi istisnalarla) tanınıb. Təəssüf ki, 2015-ci ildə professor Mustafa Babanlı ADNSU-ya rektor təyin edillənə qədər. Məhz M.Babanlı rektor təyin ediləndən sonra, yaratdığı avtoritar şərait, addımbaşı qanun pozuntusu, heç kəslə hesablaşmamaq, yanlış kadr siyasəti, auditoriyalarda, tələbələrin qarşısında, Akt zalında valideyinlərin qarşısında müəllimləri təhqir etməsi, aşağılaması və digər rektora yaraşmayan davranışları səbəbindən ADNSU son zamanlar öz nüfuzunu kifayət qədər aşağı salmışdı, kollektivdə çox gərgin sosial-psixoloji mühit bərqərar olmuşdu. Nə yaxşı ki, Cənab Prezident İlham Əliyev onu layiq olmadığı vəzifədən uzaqlaşdırmışdır. Bu yazıda məqsədim kimisə tənqid etmək (ADNSU-da hər kəs bilir ki, mən vaxtında Mustafa Babanlını səhv hərəkətlərinə, addımbaşı qanun pozuntularına yol verdiyinə görə rəsmi şəkildə tənqid etmişəm), kimisə müdafiə etmək fikrindən uzağam. Məni tanıyan hər kəs bilir ki, heç vaxt kiməsə yaltaqlanmamışam, fəaliyyətimdə, hərəkətlərimdə obyektiv, ədalətli olmağa çalışmışam. Hələ gənc yaşlarımdan Həzrət Əlinin bir fikrini öz fəaliyyətimdə əsas, örnək kimi qəbul etmişəm. Həzrət Əli yazırdı ki: “Haqsızlıq olan yerdə susma, çünki haqqını və ləyaqətini itirərsən”!

Bu yazıda məqsədim son 3-4 gün ərzində pravda.az saytında ADNSU-nun bir neçə keçmiş əməkdaşının, xüsusilə xanım Elmira Xanməmmədovanın yazısı ilə bağlıdır. Bu yazıda E.Xanməmmədova bir alim kimi özünün keyfiyyət göstəricilərini sadalayır, yenidən öz vəzifəsinə seçilmək üçün kafedra əməkdaşları tərəfindən müvafiq səs toplamadığına görə onları və fakultə dekanını tənqid edir. Əlbəttə, bu xanımın öz keyfiyyət göstəriciləri ilə bağlı yazdıqları həqiqətdirsə (təbiidir ki, mən buna şübhə etmirəm) bu səviyyədə alimin işindən kənarlaşdırılmasını (başqa səbəb yoxdursa) düzgün hesab etmirəm. Ali təhsil müəssisələrində professor-müəllim heyətinin vəzifəsinə seçilməsi (yenidən seçilməsi) prosesi ilə tanış olanlar bilirlər ki, bu şəxslər haqqında ilkin qərarlar müvafiq kafedralarda və fakultə dekanlıqlarında qəbul edilir və bundan sonra rektor tərəfindən rəsmiləşdirilir. Təəccüblüsü odur ki, həm Elmira xanım, həm də ondan əvvəl pravda.az saytına yazı göndərən digər keçmiş ADNSU əməkdaşları, onların fikrincə, əsassız olaraq işdən kənarlaşdırılmalarında (xüsusilə Elmira xanım) ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərovu, “İnsan resurslarının idarə edilməsi Departamenti”nin rəhbəri İlduzə Hüseynovanı və bu işlərə heç bir dəxli olmayan Salman Salmanovu hədəf götürürlər. Bu yerdə Məşədi İbadın “Heç hənanın yeridir?!” sözləri yada düşür.

Mən bu yazıda, qeyd etdiyim kimi, kimlərisə müdafiaə etmək fikrində deyiləm. Nə rektor əvəzi dosent Vazeh Əskərovun, nə də İlduzə Hüseynovanın, Salman Salmanovun mənim müdafiəmə ehtiyacı yoxdur. Bu yazıda məqsədim aşağıdakıları ictimailəşdirməkdir. ADNSU-da məni tanıyan hər kəs bilir ki, son illər, xüsusilə Mustafa Babanlının rəhbərliyi dövründə mən, əsassız olaraq, tutduğum mövqeyə görə, daim təqib edilmişəm, ancaq buna baxmayaraq öz haqlı mövqeyimdən geri çəkilməmişəm və belə fikrim də yoxdur. Ancaq, bunu da bildirməliyəm ki, dosent Vazeh Əskərov ADNSU-ya rektor əvəzi təyin edildikdən sonra universitetdə çox şey yaxşılığa doğru dəyişib və dəyişməkdədir. Ən əsası odur ki, ADNSU-da sosial-psixoloji mühit kökündən yaxşılaşıb, rəhbərlik tərəfindən professor-müəllim heyətinə münasibət əsaslı şəkildə yaxşılaşıb, təhsilin, elmin inkişafı sahəsində irəliləyişlər nəzərə çarpır, professor-müəllim heyətinin fəaliyyətinə obyektiv qiymətlər verilir, təşəbbüskarlıq qiymətlədirilir və s. Təbii, ADNSU-da həy şeyin ideal olduğunu demək olmaz, hər yerdə olduğu kimi burada da, müəyən çatışmazlıqlar mövcuddur və onların minimuma endirlməsinin zamana ehtiyacı vardır. Təəssüf doğuran hal odur ki, kimlərsə ADNSU-da qarşıdurma yaratmağa cəhd edir, son bir ildə universitetdə baş verən müsbət dəyişikliklərə haqsız olaraq kölgə salmağa çalışır. Belələrinə tövsiyəm odur ki, haqq uğunda mübarizə aparanda haqsızılığa yol verməsinlər!

Pravda.az olaraq bildirir ki, baş verənlərlə bağlı universitetə sorğu ünvanlasaq da, reaksiya verilməyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Yanvar 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see188

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see140

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see130

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see127

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see127

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see127

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see126

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see126

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see125

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see124

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see124

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see121

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see121

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see121

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see120

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see119

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see118

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see117

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see116

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri