Dəvətikanının hansı faydaları var?
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Dəvətikanı (Silybum marianum) əsasən Aralıq dənizi, Cənubi Avropa, Yaxın Şərq və Şimali Afrikada bitən bənövşəyi çiçəkli bitkidir.
Pravda.az bildirir ki, bu bitkinin əsas faydası qaraciyər sağlamlığını dəstəkləməsidir. Tərkibindəki silimarin maddəsi güclü antioksidant və iltihab əleyhinə təsir göstərir.
Bu bitki qaraciyər piylənməsi, hepatit, sirroz və toksinlərə bağlı qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunur. Həmçinin həzm sistemini dəstəkləyir, safra ifrazatını artırır.
Dəvətikanı çayı, yağı, kapsulu və ekstraktı vasitəsilə istifadə olunur. Lakin istifadədə dozaya və həkim məsləhətinə riayət etmək vacibdir, çünki bəzi hallarda bulantı, ishal, baş ağrısı kimi yan təsirlər yarana bilər. Xüsusilə hamilə, süd verən analar və xroniki xəstəlikləri olanlar mütləq həkimlə məsləhətləşməlidir.
Əminə Bayramova


