Abbas Abbasov: Müasir müstəmləkəçiliyin istənilən formaları insan hüquqlarının pozulmasına yönəlib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Müasir müstəmləkəçiliyin istənilən formaları müstəqillik, demokratiya və insan hüquqlarının pozulmasına yönəlib".
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qrupun təşkilatçılığı ilə Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə toxunub:
"Bizim əsas məqsədimiz müstəmləkə şəraitində yaşayan insanların problemlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılmasından ibarətdir. Fəaliyyətə başladığımız dövrdən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində müstəmləkə şəraitində yaşayan xalqların üzləşdiyi problemlərə dair hesabat sənədlərinin yayılmasına, eləcə də Azərbaycanda və dünyanın bir sıra ölkələrində silsilə tədbirlərin keçirilməsinə nail olmuşuq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 03 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















