Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün rəqəmsal platforma təsirçisinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Mart 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















