Haqsız rəqabətlə bağlı 75 obyektin fəaliyyəti araşdırılıb
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ötən il haqsız rəqabət halları ilə bağlı aparılan araşdırmalar zamanı əmtəə nişanlarından qanunsuz istifadə edilməsi əsas pozuntu növü olub.
"Unikal" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən il haqsız rəqabət halları ilə bağlı ümumilikdə 75 təsərrüfat subyekti barədə araşdırma aparılıb. Araşdırmalar nəticəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə 28 iş qaldırılıb.
Eyni zamanda, 23 təsərrüfat subyekti rəqabət qanunvericiliyinin pozulması hallarını könüllü şəkildə aradan qaldırıb.
Bildirilib ki, il ərzində haqsız rəqabət halları ilə bağlı pozuntuların mahiyyəti üzrə bölgüdə əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi halları üstünlük təşkil edib. Bu kateqoriya üzrə 55 fakt qeydə alınıb.
Bununla yanaşı, digər haqsız rəqabət halları üzrə 20 pozuntu müəyyən edilib.
Rəqabət mədəniyyətinin təşviqi, sahibkarlar arasında bərabər imkanların təmin olunması dayanıqlı biznes mühitinin formalaşmasına və iqtisadi səmərəliliyin artırılmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 Fevral 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















