Icma.az
close
up
RU
Harada ehtiyac varsa, orada çalışmağa hazıram MİQ də 85 bal

Harada ehtiyac varsa, orada çalışmağa hazıram MİQ də 85 bal

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"İlk MİQ imtahanımda 85 bal topladım, nəticəmdən razıyam".

Modern.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 85 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Ayla Əliyeva AzEdu.az-a açıqlamasında bildirib.

"Bu il Azərbaycan Dövlət  Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasını bitirmişəm. MİQ imtahanında ilk dəfə iştirak etdim və 85 bal topladım. İlk cəhdim üçün nəticəmi çox yaxşı hesab edirəm. Açığı, çox həyəcanlı idim. Özüm üçün 70 baldan yuxarı nəticə hədəfləmişdim. 

Düzdür, 85 balı da xəyal edirdim və bu nəticəni görəndə çox sevindim. Düşünürəm ki, bir qədər də yüksək nəticə əldə edə bilərdim, amma buna görə də şükür edirəm. İxtisas sualları mənə rahat gəldi. 

Metodika bölməsində isə cavab variantları bir-birinə çox yaxın idi və seçim etməkdə çətinlik çəkdim. Hətta iki sualı cavabsız qoydum. Ümumilikdə isə imtahanın təşkili, şəraiti və prosesdən çox razı qaldım.Vakansiya seçimində ilk istəyim Bakı şəhəridir. Bununla belə, əsas məqsədim müəllim kimi fəaliyyətə başlamaqdır. 

Harada ehtiyac olarsa, orada çalışmağa hazıram. Uşaqları çox sevdiyim üçün bu ixtisası seçmişəm. Praktika dövründə də onlarla işlədikcə bu peşəyə sevgim daha da artdı.

Hesab edirəm ki, MİQ imtahanlarının keçirilməsi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından çox vacibdir. Bu sistem şəffaflığı təmin edir və məktəblərə daha hazırlıqlı müəllimlərin cəlb olunmasına xidmət edir. Məncə, həm MİQ, həm də sertifikatlaşdırma prosesləri müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri