Icma.az
close
up
RU
Hasan Oktay: Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçi olması geosiyasi üstünlüyünə daha da artıracaq

Hasan Oktay: Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçi olması geosiyasi üstünlüyünə daha da artıracaq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlarda vasitəçiliyə görə Azərbaycana təşəkkür edib. Bu barədə o, IV Antalya Diplomatik Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib. Türkiyəli nazir bildirib ki, Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə bu görüş yenidən təşkil olunacaq.

Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, Antalya Diplomatik Forumu MünhenTəhlükəsizlik Forumu və Davos Dünya İqtisadi Forumundan sonra ən ciddi platformadır:


“Dördüncü dəfə təşkil olunan bu forum Antalyanın turizm cənnəti kimi dünyaya tanıdılması baxımından da son dərəcə əhəmiyyətlidir. Bu foruma Afrika, Yaxın Şərq və Uzaq Şərq ölkələrində tələbat olması, gələcəkdə daha geniş coğrafiyaya müraciət edəcəyini göstərir. Azərbaycan və Ermənistan arasında yaşanan problemlərin Türkiyə ilə birlikdə sülh anlaşmasına doğru sürətlənməsi də Antalya  Diplomatiya Forumunun uğuru sayıla bilər. Hər görüşdə hansısa beynəlxalq böhranın həll olunduğu Antalya Diplomatiya Forumu dünyada qalıcı və uğurludur". 


Hsan Oktay qeyd edib kiç 13 ildir davam edən Suriya böhranı Əhməd Əl-Şaranın Əsədi devirməsi ilə yeni dövrə qədəm qoydu:

'"Beləliklə İsrail rəsmiləri forumda olmasalar belə, Suriyada Türkiyə-İsrail qarşıdurması müzakirə mövzusuna çevirdi. Ümumiyyətlə Azərbaycan-İsrail münasibətləri hər zaman yaxşı məcrada olub. Bu mənada  Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılmasına yönəlik addımını Antalya Diplomatiya Forumunda bir daha təkrarladı. Hakan Fidanın verdiyi açıqlamada da bu məsələyə toxunulub. Digər yandan Türk Dövlətləri Təşkilatının üç ölkəsi, Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprin Rum tərəfini tanımasından sonra yaranan etibarsızlıq mühitində Azərbaycanın Şimali Kipr administratorları ilə isti fotolar çəkdirməsi də diqqətçəkan məqamdır. Eyni zamanda Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılması üçün Bakı bu məsələdə ön plana çıxdı. Bu həm Türk Dövlətləri  Təşkilatının gələcəyi ilə bağlı şübhələri aradan qaldırdı, həm də Azərbaycan -Ermənistan arasındakı sülhlə bağlı məsələlərdə Azərbaycanı  təzyiqlərdən kənarlaşdırdı. Bundan əlavə, Türkiyə-İsrail münasibətlərindəki gərginliyin azaldılması, sülhün bərqərar olması üçün zəmin tapılması çox vacibdir. Azərbaycanın bunda vasitəçi olması onun regionda geosiyasi üstünlüyünə daha da töhfə verəcək. Hətta bütün bu hadisələr fonunda Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülh müqaviləsi imzalansa, Bakı regionda çox mühüm geosiyasi aktora çevrilə bilər. Xüsusən də son vaxtlar neftin qiymətinin aşağı düşməsi və Amerikanın İranla danışıqları regionda yeni geosiyasi aktivliyə zəmin yaradacaq. Hazırda Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirdiyi bir vaxtda Türkiyə də öz prioritetlərini nəzərə alaraq Ermənistan-Türkiyə-Azərbaycan üçtərəfli sülh sazişini tez bir zamanda həyata keçirməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri